Lənkəranda tapılmış Atabəylər dövlətinin sikkə dəfinəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Lənkəranda tapılmış Atabəylər dövlətinin sikkə dəfinəsi
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Lənkəranda tapılmış Atabəylər dövlətinin sikkə dəfinəsi

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Lənkəranda tapılmış Atabəylər dövlətinin sikkə dəfinəsi
 
 
Müəllif: Mais | 16 Dekabr 2009 | 12938 dəfə oxunub
http://zeka.az/211-l601nk601randa-tap305lm305351-atab601yl601r-d246vl601tinin-sikk601-d601fin601si.html

Lənkəranda tapılmış Atabəylər dövlətinin sikkə dəfinəsi

Akademik İ.İ.Meşaninov Azərbaycanı «yeraltı muzeylər diyarı» adlandırması təsadüfi deyil. Belə ki, 2003-cü ildə iyulun 14-də Şəhidlər Xiyabanı, döngə 5, ev 9-da yaşayan Tağıyev Elman Hacıbaba oğlu həyətində təsərrüfat işləri zamanı qazıntı apararkən 1-1,5 m dərinlikdə saxsı qabın içərisində 50 ədəd mis sikkə tapmışdır.

Qeyd olunan sikkə tapıntılarının tarixi qaynaq kimi əhəmiyyətini nəzərə alaraq, aşağıda onların ilkin tədqiqat nəticələrini təqdim edirik.

 

Azərbaycan Atabəyləri.

1 Şəmsəddin Eldəgəz (1136-1175). Mis dirhəm,

Zərb ili və yeri pozulub.

Üz tərəfdə: La ilahə illəlah Muhəmmədən rəsulul-Allah

Əks tərəfdə: Böyük Atabəy Eldəgəz.

Zərb ili və yeri pozulub.

 

2 – 17 Məhəmməd Cahan Pəhləvan (1175-1186).

Mis dirhəm, Ərdəbil, zərb ili görünmür.

Üz tərəfdə:   Xəlifə əl-Müstdi b. Əmrullah.

Əs-soltan-e müəzzəm Toğrul.

Əks tərəfdə: Əl-məlik-əl-müəzzəm atabəy əl-əzəm Məhəmməd, Ərdəbil, zərb ili pozulub.

 

18-20 Məhəmməd Cahan Pəhləvan (1175-1186).

Mis dirhəm, zərb ili və yeri pozulub.

Üz tərəfdə:   [Xəlifə əl-Müstədi.......................]

Əks tərəfdə: [Əl-məlik əl-Müəzzəm atabəy əl-əzəm Məhəmməd]

Yuxarıda verilən təyinatda göründüyü kimi sikkələrdən 1-i Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəgəzin (h.t-ilə 531-571 1136-1175), 19-u isə Məhəmməd Cahan Pəhləvanın (h.t-ilə 571-582 1175-1186), [171] adına kəsilmişdir. Qalan 30 sikkə bir-birinə yapışıb korlandığına görə oxunması mümkün olmamışdır. Lakin, buna baxmayaraq həmən sikkələrin yuxarıda adı şəkilən hökmdarlara aid olması şübhə doğurmur. Dəfinənin tərkibindən göründüyü kimi, onlardan 37-si “düzgün”, 13-ü isə “düzgün olmayan” formalı sikkələrə aid edilir. Bu da iki növ mis sikkənin tədiyə vasitəsi funksiyasının, Azərbaycan Atabəylər dövlətində praktiki icrasının müxtəlif üsullarını göstərir.

Yuxarıda göstərilən “düzgün” və “düzgün olmayan” sikkələrin tədiyyə dairəsi məhəlli xarakter daşımışdır. Mis pulların tədiyyəsinin belə məhdudlaşdırılması tapılmış pullar əsasında Z.M.Bünyadovun [1, 204], Ə.M.Rəcəblinin [4, 191], tərtib etdikləri xəritələrdə əks olunmuşdur. Dəfinənin tərkibində olan sikkələrin zərb olunma tarixi pozulsa da, ən yaşlı sikkənin h.t-lə 531=1136-cı ildə, ən gənc sikkənin isə h.t-lə 582=1186-cı ildə kəsilməsi ehtimal olunur.      

Atabəylər dövlətinin sikkələri E.A.Paxamovun, Z.M.Bünyadovun, Ə.M.Rəcəblinin, M.A.Seyfəddininin əsərlərində tədqiq olunmuşdur. Araşdırmalardan göründüyü kimi tapıntıların əksəriyyətinə Kürlə-Araz arasında Naxçıvan, Aran, Muğan, Talış nahiyyələrində rast gəlinir. Bu da onunla izah olunur ki, qeyd olunan dövrdə Avropa ilə Asiya arasındakı qarşılıqlı əlaqələrdə böyük rol oynayan «İpək yolu»-nun şaxələrində biri Trapezund (Trabzon) şəhərindən başlayaraq, Ərzincan, Ərzurum, Qars şəhərlərindən keçərək, bir qolu Araz boyu Çuxulsəd (Naxçıvan), Ani, Dəbili arxada qoyaraq, Kür boyu Şəmkir, Gəncə, Bərdə, Beyləqana tərəf uzanırdı. Hər iki yol sonda Muğan və Talış bölgələrinə gedib çıxırdı. Burada isə Şimali və Cənubi Azərbaycan arasında “quru körpü” rolunu oynayan Talış dağları və Xəzərin cənub sahili ilə Şimali Azərbaycandan gələn çox qədim ticarət yolları ilə qovuşurdu. Lənkəran şəhərində tapılmış və Atabəylər dövlətinə aid edilən dəfinə də bu iri ticarət arteriyasının üstündə tapılmışdır.

Lənkəran dəfinəsi tərkibi və həcmi baxımından maraqlıdır. Belə ki, tərkibinə görə çox da zəngin olmayan bu dəfinənin sahibləri kasıb təbəqəyə mənsub olmuş və onlar uzun müddət əlinə keçən pulları yığıb saxlamış və hansısa bir təhlükə qarşısında aciz qalaraq yerə basdırmalı olmuşlar.

Bununla belə Lənkəran dəfinəsi cənub bölgəsinin tarixi-iqtisadi baxımından öyrənilməsində uyğun dövrdə Atabəylər dövlətinin pul təsərrüfatı və əmtəə-pul münasibətlərinin araşdırılmasında, dövlətin siyasi durumunun öyrənilməsi baxımından, xüsusi əhəmiyyət kəsb edən bir qaynaq rolunu oynayır. 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.