O elə də qorxulu deyil » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » O elə də qorxulu deyil
 
 » Sağlamlıq » Təbabət » O elə də qorxulu deyil

     
 
Sağlamlıq » Təbabət: O elə də qorxulu deyil
 
 
Müəllif: Elmar | 18 Dekabr 2009 | 12851 dəfə oxunub
http://zeka.az/215-o-elj-dj-qorxulu-deyil.html

O elə də qorxulu deyil

            Qış fəslinin yaxınlaşması ilə əlaqədar oxucularımıza bu vaxtlarda ən çox təsadüf olunan qrip xəstəliyi haqda məlumat verməyi ozümə borc bildim.

            Qrip xəstəliyi elə xəstəlikdir ki, hər bir insan həyatı  boyu bir neçə dəfə bu xəstəliklə üz-üzə qalmalı olur. Xəstəliyin törədicisi qrip viruslarıdır... Bu virusların bir neçə ştamları (növləri) mövcuddur. Bu mikroorqanizimlər insana hava-damcı üsulu ilə yoluxurlar. Törədicilərin digər mikroorqanizimlərdən fərqi ondadır ki, onlar çox tez zaman ərzində çoxalırlar. Lakin buna baxmayaraq ömürləri az olur.

Viruslar insanın yuxarı tənəffüs yollarına düşdükdə orada şişkinlik, ödem, selik  ifrazını artırmaq kimi əlamətlər yaradır. Törədicilər qısa müddət ərzində artdığı üçün bu əlamətlər bir neçə saat ərzində ən yüksək kəskinlik vəziyyətinə çatır. Bu əlamətlərin kəskinliyi xəstənin orqanizminin müdafiə qabiliyyətindən aslıdır. Orqanizim zəif olarsa bu əlamətlər daha qabarıq olur.

Yuxarıda qeyd etdiyimiz kimi qrip virusunun ömrü az olduğu üçün xəstəlik 3-5 gündən çox çəkmir. Əgər orqanizimdə qripdən başqa digər xəstəlik  varsa bu zaman həmin xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə də qripə bütün xəstəliklərin açarı deyirlər.

Bu xəstəlikdən necə qorunaq?... Təəssüflər olsun ki, indiki dövrümüzə qədər təbabət viruslara tam öldürücü təsir göstərən dərman yarada bilməmişdir. Belə halda çıxış yolu orqanizmin müqavimətini artırmaq  və virus üçün əlverişsiz şərait yaratmaqdadır.Orqanizmin müqaviməti ( immun sistem) insanın qidalanmasından, düzgün həyat tərzindən və s. aslıdır. Müqaviməti güclü olan adamlar qrip xəstəliyini zəif əlamətlərlə və qisa müddətə keçirirlər.

Viruslar üçün əlverişsiz şərait dedikdə isti mühit və təmiz hava nəzərdə tutulur. Qripə yoluxan bir insan öskürdükdə onun ağzından çıxan gözlə çətin görünən su qabarcıqları 4m məsafədə bir neçə saat qala bilir. Həmin qabarcıqların içərisində minlərlə virusa təsadüf olunur. Ona görə də qripə yoluxan şəxs ağzını respirator və ya maska ilə örtməlidir, yaşadıgı otaqda hava tez-tez dəyişdirilməlidir. 

Xəstəliyin müalicəsində konkret preparat istifadə olunmadığı üçün xəstə isti otaqda olmalı, digər sağlam adamlarla kontakta az girməli, çoxlu miqdarda isti maye (məs: çay) qəbul etməlidir. Əgər xəstəlik daha çox vaxt davam edərsə o zaman mütləq həkimə müraciət etmək lazımdır.

Allah sizi qorusun ...

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.