Ailədə övladlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailədə övladlar
 
 » Sağlamlıq » Psixologiya » Ailədə övladlar

     
 
Sağlamlıq » Psixologiya: Ailədə övladlar
 
 
Müəllif: Zaur | 19 Dekabr 2009 | 12650 dəfə oxunub
http://zeka.az/216-ailjdj-gvladlar.html
Ailədə övlad

    Övladlar ailənin ən mühüm sütunları hesab edilirlər. Övladların tərbiyə edilib ictimai əhval-ruhiyyədə böyüdülməsi evlənmənin ən əsas hədəflərindəndir. Bu məqalədə məqsədimiz uşaq tərbiyəsində valideynin vəzifələrini təyin etməkdir.

       Hər kəsin olmasa da bir çox insanların nəsil artırıb övlad sahibi olmağa güclü meyli vardır. Qadınlarda bu meyl daha güclüdür. Qadınlarda ana olmaq meylinin güclü olmasını Quran da bildirir. Qəsəs surəsi 10-13-cü ayələrdə Həzrət Musanın anası haqqında danışılaraq qeyd edilir ki, onun ürəyində sevimli övladının fikrindən başqa heç nə yox idi. Övladının ayrılığına o qədər kədərlənmişdi ki, yalnız Allahın inayəti ilə özünü qoruya bildi.

       Ana ilə övladın bir mərhələdə bioloji bağlılığı elə həddə olur ki, onlar vahid bioloji varlıq hesab olunurlar və övlad həyat baxımından anadan tam asılı olur. O, bir neçə ay yalnız anadan qida alır. Bütün bunlar o ikisi arasında dərin bir məhəbbətin yaranmasına səbəb olur.

       Valideynlərlə  övlad arasındakı məhəbbət əlaqəsi təkcə bu iki tərəfin razılığına, xoşbəxtliyinə, sakitliyinə səbəb olmur, hətta övladlarla onların gələcək həyat yoldaşları və cəmiyyətin digər üzvləri arasında səmimi əlaqələrin yaranma mənşəyinə çevrilir.

        Bir çox mütəfəkkirlər övlad sahibi olmağı xoşbəxtliyin mayəsi kimi qiymətləndirir və bəzi insanlar həm zahirdə, həm rəftar və əxlaqda özünə oxşar övlada sahib olmağı səadətə çatdıran əsas amillərdən biri hesab edirlər. Övlad arzu etməyən şəxs özünü ən güclü ictimai müdafiədən məhrum etmişdir. Sözsüz ki, bu ülviliyə - valideyn-övlad məhəbbətinə   duyulan ehtiyac qanuni qurulan ailə çərçivəsində təmin olunur. Bir sıra araşdırmalar göstərmişdir ki, qeyri-qanuni cinsi yaxınlıq və ya süni mayalanma nəticəsində dünyaya gələn uşaqlarda ülvi məhəbbət problemi daha çox olur. Övladın ata-ana və ya sadəcə onlardan birinin qənaətbəxş səmimiyyətindən məhrum olması övlad üzərində olduqca mənfi təsir qoyur. Bu mənfi təsiri boşanmış və ya ailə üzvləri biri-birinə yadlaşmış ailələrin övladlarında da müşahidə edə bilərik. Elə buna görə də İslam evlənmə və övlad dünyaya gətirmə məsələləri üzərində təkid edib, fərdləri bu məsələlərə aid psixoloji məlumatlarla bəhrələndirir.   

(Ardı var...)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.