İmam Məhəmməd Təqinin şəhadət günü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 23-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Məhəmməd Təqinin şəhadət günü
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Məhəmməd Təqinin şəhadət günü

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Məhəmməd Təqinin şəhadət günü
 
 
Müəllif: Zehra | 6 Oktyabr 2013 | 13712 dəfə oxunub
http://zeka.az/2168-bu-ggn-dmam-mjhjmmjd-tjqinin-ejhadjt-ggngdgr.html

 

İmam Məhəmməd Təqinin şəhadət günü

6 oktyabr- 30 zil-qədə Əhli-beytin 9-cu imamı Məhəmməd Təqi əleyhissalamın şəhid edildiyi gündür
195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
İmam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb Tövhid və İslam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Doqquzuncu imam həzrət Cavad doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrət ... xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
İmamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi İbni Şəhraşub bu barədə belə yazıbdır: "Mötəsim İmama qarşı bəslədiyi kin-küdurət üzündən İmamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli İmamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət 25 yaşında ikən, şəhid olundu. Pak bədəni babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır."





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 5
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.