Sosial və şəxsi həyatda insanın ideal olmasında elmin rolu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2014-cü il, aprelin 19-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Sosial və şəxsi həyatda insanın ideal olmasında elmin rolu
 
 » Din » Əxlaq » Sosial və şəxsi həyatda insanın ideal olmasında elmin rolu

     
 
Din » Əxlaq: Sosial və şəxsi həyatda insanın ideal olmasında elmin rolu
 
 
Müəllif: Qurban Qurbanli | 5 Noyabr 2011 | 1064 dəfə oxunub
http://zeka.az/2179-sosial-vj-ejxsi-hjyatda-insandn-ideal-olmasdnda-elmin-rolu.html

Sosial və şəxsi həyatda  insanın ideal olmasında elmin rolu

Əvvəlcə elm kəliməsinin mənasını açıqlayaq: Elm - ərəb kəliməsidir və mənası bilik deməkdir. Bəşər övladı yer üzündə yaşadığı ilk dövrlərdə demək olar ki, çox şeyi bilmirdi, elmi çox aşağı səviyyədə idi, demək olar ki, yarım vəhşi tayfa halında yaşayırdılar. Amma insan övladının qəlbində biliyə, öyrənməyə olan məhəbbət elə o dövrdə də var idi. İllər keçdikcə insan oğlu elmini və biliyini artırırdı. Uzun illər ərzində elm və bilik inkişaf elədi, yəni insanın elm və biliyi çoxaldı. İnsan oğlu həm texniki, həm də mədəni cəhətdən böyük nailiyyətlər əldə etməyə başladı. Elmə, biliyə və öyrənməyə olan həvəsin səbəbi insandakı şüur və ağıldır. Allah-taala insana şüur və ağıl verməklə onu digər varlıqlardan üstün eylədi.

İnsanlarda olan şüur və ağıl fərqlidir. Bəzi insanlarda şüur yüksək səviyyədə, bəzilərində orta və bəzilərində isə aşağı səviyyədədir. Şüurun yüksək səviyyədə olmasında elm və biliyin böyük rolu vardır.

Dünya ölkələrinin məşhur ədib və ziyalıları elm və maarifi cəmiyyətin və insanların inkişafı üçün meyar hesab etmiş və bu yolda mübarizə aparmışlar. İnsanların elmli və bilikli olması üçün dünyanın hər yerində elm və təhsil ocaqları fəaliyyət göstərir. Əlbəttə bunu qeyd etmək lazımdır ki, dünyada baş verən fəsadların, cinayətlərin və xoşa gəlməz hadisələrin əsas səbəbi elmsizlikdir. Demək olar ki, elmsiz insan qədim dövrdə yaşayan yarım vəhşi insanlar kimidir. Belə insanlar öz istədiklərini əldə etmək üçün fəsad törədər, cinayət edərlər. Fəsadın, cinayətin və zülmün kökünü kəsmək üçün elmi öyrənmək və digərlərinə öyrətmək lazımdır. Bu barədə əziz Peyğəmbərimiz Rəsuli-Əkrəm (s) buyurub:

 “Elm öyrənmək hər bir müsəlmana vacibdir”.

“Bilik bütün yaxşılıqların başıdır, nadanlıq isə bütün pisliklərin başıdır”.

“Camaatın ən dəyərlisi elmdən daha çox tanış olanlar, az dəyərlisi isə elmdən az fayda götürənlərdir”.

Dünya alimlərinin əksəriyyətinin nəzəri budur ki, insanın inkişafı və ideal insan olması üçün elm öyrənməlidir. Bu inkar edilməz bir həqiqətdir ki, bəşər övladının bu günkü səviyyəyə yetişməsində elmin böyük rolu, böyük xidməti vardır. Görəsən dünyada baş verən cinayətlərin, fəsadların, xoşa gəlməz hadisələrin qarşısını almaq yalnız elm vasitəsilə mümkündürmü? Görəsən mənəviyyat olmadan öyrənilən elm insanı şəxsi həyatda və cəmiyyətdə ideal edə bilərmi? Bəzi alimlərin nəzərinə görə elmli, savadlı insan cəmiyyətdə özünü yaxşı aparar, hamıya ehtiram edər və cinayətdən uzaq olar.

Bugünkü insan elmin inkişafı nəticəsində bir çox mümkün olmayan şeyləri mümkün etsə də, nə elm, nə texnologiya, nə də bu inkişafın ardınca yaranan ideyalar onun susuz ruhuna sakitlik bəxş edə bilməmişdir.

Həqiqətdə bugünkü dünya insana asayiş bəxş etmiş, lakin onun ruhunun rahatlığını əlindən almışdır. Sadaladığımız heç bir qazanılmış nailiyyət bugünkü insanın mənəvi boşluğunu doldura bilməmişdir. İnsanın insanlığı o dərəcədə ayaq altına atılmışdır ki, o, bir qul kimi ixtiyarını nəfsinin əlinə vermiş, öz istək və meyllərinə çatmaq üçün utanc gətirən işlər görür, o cümlədən ağir cinayətlər törədir. Sanki manqurta çevrilərək nə eşidir, nə görür, nə də dərk edir.  Müasir dövrün ən böyük bəlalarına ilk növbədə intihar, səmimiliyin azalması, əsəb xəstəliklərinin artması, bekarçılığın artması və s. daxildir. İntihar faktı müsəlman ölkələrində nəzərə çarpmayacaq dərəcədə aşağı, inkişaf etmiş ölkələrdə isə yuxarıdır. Dünya statistikasına əsasən, hər 40 saniyədə 1 nəfər özünə qəsd edir. Əgər inkişaf etmiş ölkələrdə intihar faktı yüksəkdirsə buna səbəb parçalanmış elm, mənəviyyatdan uzaq qalmış elmdir.

İntiharın əsəs səbəbi depressiyadır ki, bu da mənəvi böhranın göstəricisidir. Araşdırmalar göstərir ki, intihar normal həyat tərzi keçirənlərin arasında 7 dəfə azdır. Görəsən hansı səbəbə görə intihar problemi müsəlman cəmiyyətlərində daha azdır?

Bu sualın cavabında belə demək olar; Çünki müsəlman insanın dini var. Dini onun mənəviyyatını tozlanmağa qoymur, özünü tanıtdırır. İnsanın özünə bağlılığı onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir. İnsan Allaha bağlananda özünü unutmur. İslam fəlsəfəsində hər bir şeyin yaradıcısının yaratdığı şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan olunub.  Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır. İnsanın Allaha tərəf getməsi, onun özünə doğru getməsidir ki, bu da mənəviyyatın zənginləşməsinə səbəb olur.

Bütün dinlərdə mənəviyyata diqqət vardır. Bugünkü insan bütün dinlərdə, hətta insanın təbiətində yaşayan bir ümumi mənəviyyata inanır. Lakin, hərtərəfli geniş texniki və texnoloji nailiyyətlər, onların ardinca isə elmi yüksəlişlər qərb insanının daxili aləmini hiss və təcrübə ilə o qədər qarışdırmışdır ki, hətta İlahi və vəyh köklərinə malik olan dini dəyişdirməyə də cəhd edirlər.

Müasir insan hər şeyi ağıl və təcrübə tərəzisində ölçmək istəyir. Lakin artıq belə bir inam yaranmışdır ki, dünyada ağıl və təcrübə ilə yoxlanılması mümkün olmayan məsələlər vardır. Bunlar qeyri-maddi işlər kimi məsələlərdir ki, dünyaya müraciət etməklə onlara cavab tapmaq olmur. Erik Frumun fikrincə, ”din “nə üçün”lərə cavab tapmaq üçün gəlmişdir, ”necə”lərə bəşər ağlı və bəşər elmi cavab verir”. Nitşe isə deyir ki, “biz nə üçün”ləri bildikdə yaşaya bilirik”.  Bugünkü insan onun “nə üçün”lərinə cavab verə biləcək və ona düzgün həyat yolu öyrədə biləcək bir sığınacaq axtarışındadır.

Elə buna görə də Avropa İslama üz tutur. Biz inkişaf etmiş ölkələrin elmi-texniki tərəqqisinə həsəd aparib, özümüzü o səviyyədə olmamaqda qınamamalıyıq. Zahiri görünüş gərək bizi aldatmasın, necə deyərlər;  görünən yalnız aysberqin üst tərəfidir. Biz dünyanın inkişaf etmiş ölkələrinin elmi-texniki tərəqqisindən, texnoloji inkişafından faydalanmalıyıq, lakin buradan gələ bilən mənfi cəhətlərdən imtina etməliyik. Müxtəlif səviyyəsiz şou və aşağı standartlı «əyləncəvi» layihələrin pərdəsi altında mədəniyyətsizliyin mədəniyyət adı altında bizə sırımaq istədiklərini görməliyik və bunlara qarşı olmalıyıq. Biz əlimizdə olan nemətin – düzgün həyat yolu öyrədə biləcək bir dinimizin qiymətini bilsək və mənəviyyatımızı unutmasaq, inşəallah, hər şey yaxşı olacaq. Din və mənəviyyatla birlikdə olan elm insana fayda verib onu xoşbəxt edə bilər.

Ardı var...

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 

 

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.