İmam Hüseyn (ə) dahilərin gözü ilə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » İmam Hüseyn (ə) dahilərin gözü ilə
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » İmam Hüseyn (ə) dahilərin gözü ilə

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: İmam Hüseyn (ə) dahilərin gözü ilə
 
 
Müəllif: Zaur | 21 Dekabr 2009 | 14491 dəfə oxunub
http://zeka.az/218-dmam-hgseyn-j-dahiljrin-ggzg-ilj.html

İmam Hüseyn (ə) dahilərin gözü ilə

      Cəmiyyət xəstə olub ölümcül bir hala gəldikdə fədakar insanlar tapılmalıdır ki, öz qanları bahasına yaşadıqları cəmiyyətin damarlarına qan aşılasınlar və cəmiyyəti ölümdən xilas etsinlər. Sözsüz ki, belə insanların bariz nümunəsi, fədakarlıq ideyasının aşkar təcəssümü, İslamın dahi şəxsiyyəti İmam Hüseyn ibn Əli ibn Əbu Talibdir (ə). Əgər bir çoxları üçün bu gün Kərbəla hadisəsi haqda İslamdaxili məlumatlar, İslami şəxsiyyətlərin söylədikləri əhəmiyyət etibarilə müəyyən mənada adiləşibsə, sizin təhliliniz üçün zəminə olaraq İslama öz-özlüyündə heç bir aidiyyəti olmayan görkəmli şəxsiyyətlərin İmam Hüseyn (ə) və Kərbəla qiyamı barədə söylədiklərini burada qeyd edirik:

      1) Mahatma Qandi

Hindistan xalqının azadlıq uğrunda mübarizəsinə rəhbərlik etmiş bu şəxsiyyət İmam Hüseyn (ə) qiyamı barəsində belə demişdir:

       “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.

      2) Çarlz Dikkens

      Məşhur əsərləri ilə dünya ədəbiyyatında özünəlayiq yer tutmuş bu yazıçı belə söyləmişdir:

      “Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, O, yalnız İslam yolunda bu fədakarlığı etmişdir”.

      3) Tomas Korlayl

      Fəlsəfi fikirləri, əsərləri ilə qərb fəlsəfəsi aləmində tanınmış bu filosof İmam Hüseyn (ə) barəsində belə demişdir:

       “Kərbəla faciəsindən aldığımız ən ğözəl dərs odur ki, Hüseyn və onun silahdaşlarının Allaha necə möhkəm bir imanla bağlanmalarını görürük. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir”.

      4) Edvard Braun

       Tarixin səhifələrini soyuqqanlılıqla çevirib, araşdıran qeyri-müsəlman tarixçi İslam tarixinin Kərbəla səhifəsinə gəldikdə son dərəcədə təsirlənib deyir:

      “Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmasın? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.”

      5) Marbini

      Bu isə başqa bir alman filosofunun millətlərin mövcudluğu haqda yürütdüyü mülahizədir:

      “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.”

      6) Moris Dokberi

      Bu yazıçı isə İmam Hüseynə (ə) əzadarlığı belə açıqlayır:

      “Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qiymətləndirməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir”.

      7) Doktor İsmail Mücab

      Mərhum doktor Hindistanda gördüyü bir hadisədən danışır:

       “Hindistandakı bütpərəstlərin bəzilərinin İmam Hüseynə əqidələri olduğundan məhərrəm ayında müsəlmanlar kimi əzadarlıq edib sinə vururdular. Bəziləri belə məclislərə maddi köməklik də göstərirdilər. Bir bütpərəst sağlığında həmişə əzadarlıq məclislərində sinə vururdu. Öləndən sonra öz adətləri üzrə yandırıldı. Od sönəndən sonra gördülər ki, onun bədəni külə dönüb, yalnız sağ əli ilə sinəsi yanmayıb. Yaxın qohumları onun sinəsini və əlini gətirib şiə qəbristanlığında dəfn etdilər və dedilər ki, bunlar sizin Hüseynə aiddir.”

      Bütün bunlardan sonra torpaqlarının 20%-i düşmən tapdağı altında olan bir xalq üçün İmam Hüseynin (ə) qəhrəmanlıq məktəbindən faydalanmağın nə dərəcədə əhəmiyyətli bir iş olduğu yəqin ki, aydındır. İmam Hüseyn (ə) məktəbi öz ardıcıllarına olümdən qorxmayıb, haqq uğrunda öz varlığından keçmək dərsi öyrədir. Ölümdən qorxmayan bir millət üçün isə ölüm yoxdur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.