Şüşə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Şüşə
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Şüşə

     
   
 
Müəllif: Zaur | 21 Dekabr 2009 | 12833 dəfə oxunub
http://zeka.az/219-egej.html

Şüşə

      Miladdan öncə IV minillikdə misirlilər şüşə istehsal etməyə nail oldular.

      Məşhur dəniz səyyahları sayılan finikiyalılar növbəti dəfə qumlu sahilə çıxıb tonqal qalamışdılar. Çörəklərini yedikdən sonra onlar sönmüş tonqalın yerində parlaq maddə gördülər. Bu, şüşə idi. Sonradan məlum oldu ki, daş duz (şora) ilə təmiz sahil qumunun qarışığını odda əritdikdə alınan maye soyuduqdan sonra şüşəyə çevrilir.

      Şüşənin vətəninin Misir, İkiçayarası, Qafqaz olduğunu hesab edənlər də var, lakin ən qədim şüşə nümunəsi Misirdə tapılmışdır. Arxeoloqlar həmin şüşə muncuğu miladdan öncə IV minilliyə aid edirlər. Sübut olıunmuşdur ki, miladdan öncə 2800-cü ildə Misirdə rəngli şüşədən (qlazurdan) istifadə edilmişdir.

      Azərbaycanda da şüşə istehsalı qədim tarixə malikdir. Lakin arxeoloji qazıntılar nəticəsində tapılmış şüşə məhsullarının tarixi miladdan öncə I minilliyin başlanğıcından o tərəfə keçmir. Şüşə istehsalı çətin başa gəldiyi üçün ondan ilk vaxtlar ancaq bəzək əşyası kimi istifadə olunmuşdur.

      Şüşənin xəlitəsini almaq üçün şüşə qumuna (kvars qumuna) təbii soda, müəyyən miqdarda metal oksidinin tozu və ağac külü qatırdılar. Metal tozunun müxtəlifliyi və bişirilmə temperaturu, adətən, şəffaf olan şüşənin rənginə təsir edir. Mis oksid şüşəyə göy-yaşıl, marqanes tozu-bənövşəyi və yaxud tünd qəhvəyi, sürmə və qurğuşun tozu-sarı, qalay tozu-süd rəngi, kobalt oksid tozu göy rəng verir. Sonuncu şüşə növü Qafqaz üçün daha səciyyəvi olmuşdur. Azərbaycanın indiki Daşkəsən bölgəsindəki kobalt yataqları bütün Şərqdə məşhur idi.

       Şüşə qab hazırlamaq sahəsində əsasən, iki üsul məlumdur: 1) ərintini qəliblərə tökmə üsulu; 2) ərintini boru ilə götürüb üfürmə üsulu. Bunlardan birincisi daha qədimdir. Qəlibə tökmə üsulu miladdan öncə III minillikdə Misirdə geniş tətbiq olunmuşdur. Üfürmə üsulu isə miladın başlanğıcında İsgəndəriyyə şəhərində kəşf edilmişdir.

       Bu gün üstündə “Qiyamət günü” rəsmi olan ən böyük rəngli şüşə ABŞ-ın İllinoys ştatındakı məhkəmənin pəncərələrindədir. Onun ölçüsü 2079 kvadrat metrdir və çərçivəsi də nəzərə alınmaqla 2448 kv.metrə çatır. Şüşənin salınması 1971-ci ildə başa çatmışdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 4
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.