Qadınlarımızla bağlı verilən xəbərlər bizlərə həyəcan təbili çalmırmı? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Qadınlarımızla bağlı verilən xəbərlər bizlərə həyəcan təbili çalmırmı?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Qadınlarımızla bağlı verilən xəbərlər bizlərə həyəcan təbili çalmırmı?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Qadınlarımızla bağlı verilən xəbərlər bizlərə həyəcan təbili çalmırmı?
 
 
Müəllif: Muslim | 23 Dekabr 2009 | 12478 dəfə oxunub
http://zeka.az/221-qaddnlardmdzla-badld-veriljn-xjbjrljr-bizljrj-hjyjcan-tjbili-galmdrmd.html

 

Qadınlarımızla bağlı verilən xəbərlər bizlərə həyəcan təbili çalmırmı?

Qadınların narkotiklə bağlı cinayətlərdə iştirakının çoxalması narahatlıq yaradır.

“2008-ci ildə qadınlara qarşı törədilən cinayətlərdə ölənlərin sayı 14 nəfər, 2009-cu ilin 10 ayı ərzində isə 16 nəfər təşkil edir”.

Lent.az-ın məlumatına görə, bunu Baş Prokurorun müavini Namiq Əsgərov bildirib. Onun sözlərinə görə, 2008-ci ildə həmin cinayətlərin nəticəsində xəsarət alanların sayı 1657 nəfər, 2009-cu ilin 10 ayı ərzində isə 1312 nəfər olub: “2008-ci ildə öz iradəsinin ziddinə olaraq, evlənmək məqsədi ilə 18 qız qaçırılıb. 2009-cu ilin 10 ayı ərzində isə bu tipli cinayətlərin sayı 15 olub.”

 N.Əsgərov 2008-ci ildə qadınlar tərəfindən törədilən cinayətlərin sayının 2197 olduğunu söyləyib: ”2009-cu ilin 10 ayı ərzində isə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 1789 olub”.

O, son illərdə qadınların narkotiklərlə bağlı cinayətlərdə iştirakının çoxalmasının narahatedici olduğunu söyləyib.

2007-ci ilin yanvarın 1-dən 2009-cu ilin noyabrın 1-dək Azərbaycanda qadınlara qarşı 17354 cinayət faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirinin müavini Oruc Zalov bildirib. Onun sözlərinə görə, bu cinayətlərin 11389-u şəxsiyyət əleyhinə, 7774-ü döymələr, 388-i isə 16 yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmə faktından ibarətdir: “Bu müddət ərzində qeyd olunan cinayətlərdə 45 qadın və 4 azyaşlı qız ölüb”.

O.Zalov bu məsələlərə səhlənkar yanaşdıqlarına görə onlarla polis əməkdaşı haqqında tədbir görüldüyünü söyləyib.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.