İstidlal (dəlil) yolu Allahı tanımaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » İstidlal (dəlil) yolu Allahı tanımaq
 
 » Din » Əqidə » İstidlal (dəlil) yolu Allahı tanımaq

     
 
Din » Əqidə: İstidlal (dəlil) yolu Allahı tanımaq
 
 
Müəllif: Zaur | 25 Dekabr 2009 | 12944 dəfə oxunub
http://zeka.az/223-dstidlal-djlil-yolu-allahd-tandmaq.html
İstidlal (dəlil) yolu Allahı tanımaq

      İstidlal yolu ilə Allahı tanımaqdan məqsəd budur ki, insan aləmin yaradıcısını dəlillər, sübutlar gətirməklə tanıyır. Dəlillər yolu ilə Allahı tanımanın fitrət yolu ilə Allahı tanımadan üstünlüyü bundan ibarətdir ki, fitri tovhid (Allahın təkliyinə fitrət yolu ilə iman gətirmək) digər insanlara bələdçilik edə bilməz. Burada hər bir fərd öz fitrətinin Allaha yönələn cazibəsini şəxsən hiss edir və sözsüz ki, batini hissləri danışmaq və ya eşitmək yolu ilə başqalarına təlqin etmək olmaz. Bunu qəlb yaxınlığı (şühud) yolundan başqa yolla tanıyıb dərk etmək mümkün deyil.

      İstidlali tovhid (dəlil ilə Allahın birliyinə inanmaq) isə dəlil gətirəni aləmlərin yaradıcısına yönəltməkdən əlavə başqalarının fikrində də dönüş nöqtəsi yaradır. Çünki istidlal yolu ilə tovhidə yönəlmək bir sıra elmi-fəlsəfi dəlillərin nəticəsidir ki, başqalarını da bu dəlillərlə tanış etmək və digər elmi məsələlər kimi bu dəlilləri də başqalarına öyrətmək olar.

      Xülasə, qəlb və fitrət yolu kamil bir yol olsa da başqalarına təlqin etmək mümkün deyil. Buna görə də, tovhidin digər insanlara təbliğ edilməsi üçün çarəsiz ağıl və istidlal yoluna müraciət etməliyik.

Allahı tanımağın ən sadə dəlili

      Allahı tanımağın ən sadə və ən aydın dəlillərindən biri yaradılış dünyasındakı nəzm-intizamdır. Qurani-Məcid və İslamın böyük rəhbərləri bütün səhifə və sətirləri nəzmdən xəbər verən, yaradılmasında birbaşa elmin və hikmətin müdaxiləsi olan yaradılış kitabını (təbiəti, varlığı) mütaliə etməyə dəvət etmişlər. Onlar bu ümumi dəvətlə kifayətlənməmiş, bu aləmin çox heyrətli nəzmi ilə bağlı nümunələri bəyan edərək araşdırma yolunu insanların üzünə açmışlar. Bu aləmin nizam-intizamından bioloqun, kimyaçının və ya astronomun dərk etdiyini adi bir insan səthi mütaliə yolu ilə əldə edə bilməz. Lakin hər iki dəstənin də aldığı nəticə eynidir, yəni hər iki dəstə də bu nəticəyə yetişir ki, bu aləmin nəzm-intizamı, hətta zərrələrin son dərəcə nizamlı düzülüşü, hər bir canlıdakı hüceyrə quruluşu və s. çox dəqiq hesab üzrə aparılmışdır. Deməli, bu nəzm-intizam hikmətli bir nizamlayıcının hökmü ilə yaradılıb. Beləliklə, bütün təbii elmlərdə gözə çarpan iki məsələ var:

      1-Bütün yaradılanlar xüsusi və dəqiq bir nizam və hesablama əsasında

yaradılmışdır; Bu yaradılışın hər kiçicik zərrəsinə bir sıra dəyişməz qanunlar hakimdir.

     2-Yaradılış aləminin nizam-intizamı, tədbiri şahidlik edir ki, bu yaradılış qüdrətli və hakim yaradıcının dəqiq elmi hesablaması ilə varlıq məfhumuna qovuşmuşdur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.