Hüseyn - dahilərə örnək olan Məsum Dahi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Hüseyn - dahilərə örnək olan Məsum Dahi
 
 » Elm və mədəniyyət » Dahilər » Hüseyn - dahilərə örnək olan Məsum Dahi

     
 
Elm və mədəniyyət » Dahilər: Hüseyn - dahilərə örnək olan Məsum Dahi
 
 
Müəllif: Zaur | 25 Dekabr 2009 | 12897 dəfə oxunub
http://zeka.az/225-dahiljrj-grnjk-olan-mjsum-dahi.html

Dahilərə örnək olan məsum dahi

İmam Hüseyn (ə) hicrətin 4-cü ili şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açmışdır. O, həzrət Əli (ə) və Fatimeyi-Zəhranın (ə.s) ikinci övladıdır. İmam Hüseyn ibn Əli (ə) ömrünün 6 ilini babası həzrət Peyğəmbər (s) yanında keçirmişdir. Peyğəmbərin (s) rehlətindən sonra 30 il müddətində atası Əmirəl-möminin (ə) ilə çiyin-çiyinə İslamı təbliğ etmişdir. Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ili) 10 il böyük qardaşı imam Həsənin dövründə o həzrətə arxa, kömək olmuşdur. İmam Həsənin şəhadətindən sonra (hicrətin 50-ci ili) 10 il müddətində Müaviyə ibn Əbu Süfyanın zülmünün tüğyan etdiyi bir vaxtda ona, sonra isə oğlu Yezidə qarşı mübarizə aparmış və hicrətin 61-ci ili məhərrəm ayının 10-da Kərbəla çölündə Yezid qoşunları tərəfindən namərdcəsinə, faciəli şəkildə şəhadətə yetişmişdir.

İmam Hüseyn (ə) Peyğəmbər (s) üçün o qədər əziz idi ki, Həzrət Fatimənin (s.ə) evinin yanından keçəndə Hüseynin ağlamaq səsini eşidərkən daxil olub buyurardı: “Qızım, qoyma Hüseyn ağlasın. Axı mən onun ağlamağına dözə bilmirəm”.

Bir dəfə bir kişi günah işlətmişdi. Ona görə də Peyğəmbərin gözünə görünmürdü. Bir gün həmin kişi həsən (ə) və Hüseyni (ə) küçədə gördü. Tez onları çiyinlərinə alıb həzrət Peyğəmbərin hüzuruna gətirdi və dedi: “Ya Rəsuləllah! Mən etdiyim günahın cəzasından Allaha və sonra bu iki ağaya sığınıram! Peyğəmbər gülərək buyurdu: “Sən azadsan”. Sonra isə Həsən (ə) və Hüseynə (ə) buyurdu: ”Sizin onun üçün etdiyiniz şəfaəti qəbul etdim”.

Salmandan belə nəql olunur: Peyğəmbər (s) Həzrət Hüseyni (ə) dizi üstə oturdub öpür və buyururdu: “Sən seyyid oğlu seyyid və seyyidlər atasısan. İmam oğlu imam və imamlar atasısan. Hüccət oğlu hüccət və İlahi hüccət atasısan. Sənin belindən 9 imam dünyaya gələcək və onların doqquzuncusu qiyam edəcək”. 

Hər hansı şəxsin kimliyini öyrənmək üçün onun necə yaşadığını və necə fikirləşdiyinə diqqət yetirmək lazımdır. İmam Hüseynin (ə) necə yaşadığını deməyə ehtiyac yoxdur. Təkcə Kərbəla hadisələri o həzrətin heyrətamiz dərəcədə əzəmətli şəxs olduğunu göstərir. Tərzi-təfəkkürü isə o həzrətin kəlamlarından bəlli olur. Ona görə də Həzrətin dəyərli kəlamlarından bir neçə nümunə gətiririk:

1-    Ağıl yalnız haqqa itaət etməklə kamil olur. 

2-    İzzətli ölüm alçaq yaşamaqdan yaxşıdır. 

3-    Yalan gücsüzlüyün nişanəsidir. 

4-    Düz danışmaq insanın başını ucaldar.

5-    Tələsmək ağılsızlıqdır.

6-    Allahdan başqa pənahı olmayan şəxsə zülm etməkdən çəkin.

7-    Hər kim xalqın razılığını Allahın qəzəbini qazanmaqla əldə etsə, Allah onu   insanların öhdəsinə buraxar.         

Dünya yaranandan bəri insanları ən çox narahat edən məsələ çətinlik, bəla və ölümdür. Amma etiraf etmək lazımdır ki, insanlar təkbaşına bu problemləri aradan qaldıra bilməmişlər. Bu problemi məsum imamlarımız, o cümlədən İmam Hüseyn (ə) İlahi mənbə olan Qurana əsaslanaraq asanlıqla həll etmişlər və onların həqiqi mənada davamçıları olanlar da bu məsələdə çətinlik çəkmirlər. Görün İmam Hüseyn (ə) nə buyurur: “Əgər insan ölümə məhkumdursa, yaxşı olar ki, Allah yolunda ölsün!”; yaxud buyurur: “Mən ölümü səadət, zalımlarla birgə yaşamağı isə alçaqlıq hesab edirəm”. Təbii ki, belə qüdrətə malik olan şəxsi məğlub etmək və ya məqsədindən döndərmək mümkün deyil. O, Kərbəlada tikə-tikə doğrandı, amma İlahi məqsədindən dönmədi və bu onun qeyri-adi şəxsiyyət sahibi olmasının ən bariz sübutudur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 9)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.