Tütünlə Mübarizə üzrə Milli Konfrans » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Tütünlə Mübarizə üzrə Milli Konfrans
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Tütünlə Mübarizə üzrə Milli Konfrans

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Tütünlə Mübarizə üzrə Milli Konfrans
 
 
Müəllif: Muslim | 26 Dekabr 2009 | 12366 dəfə oxunub
http://zeka.az/226-tgtgnlj-mgbarizj-gzrj-milli-konfrans.html

Tütünlə Mübarizə üzrə Milli Konfrans

     14 dekabr 2009-cu il tarixdə Hyat Regensy mehmanxanasının Şuşa zalında Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən birgə təşkil olunmuş Tütünlə Mübarizə üzrə Milli Konfrans keçirildi.

    Konfransda tütün epidemiyasının hər il dünyada 5,4 milyon insanın ölümünə səbəb olduğu qeyd edildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə XX əsrdə tütün epidemiyası 100 milyon insanın həyatına son qoyub və bunun qarşısı alınmadığı halda XXI əsrdə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir. Tam qarşısı alına bilinən epidemiya ilə mübarizə hazırda dünyanın hər bir ölkəsində ictimai səhiyyənin ən mühüm prioritetlərindən biridir.

     Konfransda tütünün insan orqanizminə zərəri, siqaret çəkən şəxsin özü ilə bərabər digər insanların da sağlamlığına ziyan vurduğu qeyd edildi. Aparılan tədqiqatlara görə Azərbaycanda 15-49 yaşında olan kişilərin yarısı tütündən istifadə edir. Tütündən istifadə edən kişilərin (20-34 yaş) bir qismi özlərini təsdiq etmək üçün, bəziləri siqaret dəb olduğundan (20-34 yaş), digərləri isə yaxınlarının istifadə etdiyi üçün özlərinin də çəkdiyi (35-50 yaş) qənaətindədirlər.

http://www.health.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.