Keçmiş hadisələrin psixoloji əzabları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Keçmiş hadisələrin psixoloji əzabları
 
 » Sağlamlıq » Psixologiya » Keçmiş hadisələrin psixoloji əzabları

     
 
Sağlamlıq » Psixologiya: Keçmiş hadisələrin psixoloji əzabları
 
 
Müəllif: Zaur | 27 Dekabr 2009 | 13104 dəfə oxunub
http://zeka.az/228-kegmie-hadisjljrin-psixoloji-jzablard.html

Keçmiş hadisələrin psixoloji əzabları

       Gündəlik həyatımızda bizi narahat edən və əzablar verən müəyyən problemlər var. Təbii olaraq biz onlarla yaşayır və onlara qarşı mübarizə aparırıq. Bu narahat əzablı problemlərdən biri də keçmiş hadisələr, xatirələr, keçmiş səhvlərlə bağlı yaranan vicdan əzabı və müxtəlif formalarda baş vermiş məhəbbət hadisələridir. Təsadüfi və qeyri-təsadüfi hallarda yaddaşa qayıdan bu cür hisslər ürəklərdə, mənəviyyatda dərin izlər buraxır, hətta, gündəlik yaşayış əzablarından da geri qalmırlar. Bəzən baş qaldıran bu keçmiş xatirələr, insanın psixoloji həyatının pozulmasına səbəb olur. İnsanlar çıxış yolları axtararaq, hətta, psixoloqlara belə müraciət edirlər.

      Niyə belə olur? Adətən, bunu psixikada, hafizədə anlaşılmaz formada gizlənən güclü informasiyalarla əlaqələndirirlər. Yəni, keçmiş hadisələr informasiya formasında insan psixikasında, hafizəsində qorunur, əlverişli şərait yaranan kimi həmin hisslər baş qaldırır, “hücuma keçir” və insanı yenidən düşünməyə məcbur edirlər.

      Müəyyən hadisələrin baş verməsi də yaddaşın təzələnməsinə şərait yaradır. Baş vermiş hər hansı bir hadisə vaxt keçdikcə, daha güclü və daha emosional təsirə, təəssürratlara səbəb ola bilər. Psixoloji sarsıntılar, keçmiş əzablı günlər xüsusilə də, psixiki xəstəliklər zamanı daha neqativ formalarda xatırlanır. Məlum şəxs özünü tez-tez günahlandırır, psixoloji sarsıntılar keçirir və bu hisslərdən qurtula bilmir.

      Burada yaş mərhələsi də mühüm rol oynayır, yəni elə yaş dövrü var ki, o zaman keçmiş hadisələr və əzablar daha tez xatırlanır. Bu amil müxtəlif insanlarda müxtəlif formada baş verir.

      Keçmiş hisslərin təsirinə düşmə səviyyələrinə görə, insanlar bir-birilərindən fərqlənirlər. Bu, onların həyat tərzləri və psixologiyaları ilə birbaşa əlaqədardır.

Ardı var...

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 15
Robot: 2
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.