Elm aləminin şahı Nəsrəddin Tusi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Elm aləminin şahı Nəsrəddin Tusi
 
 » Elm və mədəniyyət » Dahilər » Elm aləminin şahı Nəsrəddin Tusi

     
 
Elm və mədəniyyət » Dahilər: Elm aləminin şahı Nəsrəddin Tusi
 
 
Müəllif: Zaur | 19 İyul 2009 | 25396 dəfə oxunub
http://zeka.az/23-elm-al601minin-351ah305-n601sr601ddin-tusi.html

 

Elm aləminin şahı Nəsrəddin Tusi
 

   Rəhimli və Mərhəmətli Allahın adı ilə.

    Əziz oxucu! “Dahilər” rubrikasından məqsədimiz sizləri dahi şəxsiyyətlərlə yaxından tanış etməkdir.
    Dahi insanlar dünyaya neçə əsrdən bir gəlir və öz gəlişləri ilə tarixdə silinməz izlər qoyurlar. Bəzən köhnə və qüvvədən düşmüş ideyanı yeni və tarixdə özünəməxsus reallığa daha çox uyğun ideya ilə əvəz edirlər, bəzən də kimsənin ağlına sığmayan misilsiz kəşflər edirlər.
    Onlarla tanışlıq iki yöndən bizə fayda verə bilər:Birincisi bu elm adamlarının tanınıb xatırlanmağa layiq olmalarıdır,ikincisi isə həmin insanların bizə vermiş olduğu əvəzolunmaz həyat dərslərindən ibrət almağımızdır.
     Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar.
     Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının yandırılaraq öldürülüb inkvizisiya dövürlərində müsəlman alimləri tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər aşağıda göstərilmişdir.
     İlk kağız fabrikasının təməli 794-cü ildə Bağdadda Harun-Ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qoyulmuşdur. Fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlusda (İspaniyanın cənubunda) inşa edildi. 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikası quruldu. Məlum olduğu kimi, kağız - kitab üçün xammaldır. Islam dünyasında kağız fabriklərinin qurulması elmin surətlə yayılmasını göstərir. 
       

    Bağdadda 7-ci İmam Musa ibni Cəfəri-Sadiqin(ə) məzarı yaxınlığında bir qəbir var. Sinə daşının üstündə yazılıb: “Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib”. Burada adı eramızın elm salnaməsinə qızıl həriflərlə həkk edilmiş dahi Azərbaycan alimi və mütəfəkkiri, elmin astronomiya, həndəsə, triqonometriya, fəlsəfə, İlahiyyat, pedaqoqika, mineraloqiya, tibb və sair sahələrində sanballı əsərlər yaratmış. Muhəmməd ibni Həsən Nəsrəddin Tusi uyur.
      Cox haqlı olaraq “elm aləminin şahı” sayılan Muhəmməd Nəsrəddin Tusi 1201-ci ildə Həmədan şəhərində anadan olmuşdur. O ilk təhsili atasından aldıqdan sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin- İbni Sina və Bəhmənyarın davamçılarının yanında mükəmməl təhsil almışdır. Aldığı dərin biliklər Nəsrəddini az bir vaxtda elm aləmində məşhurlaşdırır. Hələ gənc ikən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən onu Kuhistan(Qəhistan) ismaililərinin rəhbəri Nəsrəddini möhtəşəm sarayına dəvət edir və gənc alimdən çox məşhur bir ərəb aliminin əxlaq haqqında yazdığı kitabı ərəb dilindən fars dilinə tərcümə etməsini xahiş edir. Nəsrəddin Tusi isə cavab verir ki, belə bir kitabı o özü yaza bilər. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən, bir çox dillərə tərcümə edilən məşhur “Əxlaqi-Nasiri” əsərini tamamlayıb hökmdara təqdim edir. Lakin kitab hansı yöndənsə, hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq “Ələmut” (qartal yuvası) qalasına aparılır. 20 ildən artıq müddətdə kecirdiyi dözülməz sürgün şəraitində o bir neçə elmi əsər yaradır. 1242-ci ildə məşhur “Şərhül-İşarat” (Əbu Əli İbni Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərhlər) əsərini tamamlayır. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaki xanın Yaxın Şərqə yürüşü başlanır. Onun qoşunları fətholunmaz sayılan “Ələmut” qalasınıda tutur. Nəsrəddin Tusi və digər alimləri azad edirlər.

 

Elm aləminin şahı Nəsrəddin Tusi

 

 

Nəsrəddin Tusi Hülaki xanın elm və təhsil üzrə baş məsləhətçisi təyin olunur. Bağdad ələ keçirildikdən sonra Hülaki xan öz möhtəşəm dövlətinin paytaxtını Azərbaycanda qərarlaşdırır. Elxanilər adlanan yeni dövlətin başçıları “İlxan” (El xanları) idi. Hülaki xan əvvəlcə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi öz dövlətinin paytaxtı seçir. Elə həmin vaxt Nəsrəddin Tusi Marağa rəsədxanasının tikintisinə başlayır. Görünür o, rəsədxana tikdirmək haqqında çoxdan fikirləşirmiş, Bağdad alınan kimi Nəsrəddin Hülaki xandan icazə istəyib işə başlamağın zəruliyini bildirir. Bir ildən az müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astranomik cihazlar hazırlayır, ayrı-ayrı şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirddirir və rəsədxanada tədqiqatlar aparmaq üçün müxtəlif ölkələrdən çoxlu alim dəvət edir. Rəsədxananın yaradılması külli miqdarda vəsait tələb edirdi, buna görədə Hülakü xan həmin işi məqsədəuyğun saymırdı. Tanınmamış tarixçi Hacı xəlifə özünün “Dünya haqqında kitab” –ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsrəfi Hülakiyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə edərək şoruşdu:- Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsir cavabında söylədi:- “İzn verin, bir nəfər dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu belə eləsin ki, heç kəs bilməsin”. Belə də elədilər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaki xanın ordusu vahiməyə düşür. Nəsrəddinlə xan isə bu zaman sakitcə oturub qoşundakı vahiməni seyr edirlər. Nəsrəddin xana deyir: -“ hökümdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik, qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş berən hadisələrin mahiyyətini əvvəlcədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər”. Nəsrəddinin sözləri Hülaki xanı elə inandırdı ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə iyirmi min dinar ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin yaxınlığında, təpənin döşündə, uzunluğu 350 metr, eni 150 metrədək olan sahədə başlanır. N.Tusi rəsədxana binalarının layihələşdirilməsində şəxsən iştirak edir. Rəsədxananın inşası 12 il müddətində başa çatır. Görkəmli astranom və konstruktor Müəyyəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraştırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayırdılar. Bu rəsədxana nəhəng elm, təhsil mərkəzi, o dövrin məşhur elimlər akademiyası idi. Burada yaradılan orijinal astronomik cihazlarla göy cisimlərinin vəziyyəti və hərəkətləri tədqiq edilirdi. Diyametri 36 metr olan divar kvadrantı ulduzların və planetlərin vəziyyətini bir qövs dəqiqəsi dəqiqliyi ilə təyin etməyə imkan verirdi. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədi ilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Muhəmməd tərəfindən 1273-cü ildə hazırlanmış ulduz qlobuslarından biri bizim günlərə qədər qalmışdır və hazırda Drezdendə saxlanılır.

 

Rəsədxananın nəzdində 400 min nüsxə kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təmin etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasıdır ki, rəsədxanada müsəlmanlarla birgə xristiyanlar, buddistlər, nestorianlar və iudistlər də çalışırdılar. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər.

Marağa rəsədxanasında çalışan alimlərin birgə fəaliyyəti və astronomik müşahidələri “Zic İlxani” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdır. Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb. Dahi Nəsrəddin Tusi elmin müxtəlif sahələrini çox dərindən mənimsəmişdi. Onun qələmindən çıxan 100-dən artıq ciddi əsər elmin astranomiya, Riyaziyyat, Fizika, Tibb, Fəlsəfə, Etika, Məntiq və digər sahələrinə həsr olunmuşdu. O həm də gözəl şerlər yazırdı. Bununla belə, dahi alimin elmi yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar və yeniliklər xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış 20-dən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. O, 1248-ci ildə həndəsəyə aid 14 hissədən ibarət “Təhriri Eqlidis” (“Evklidin”) əsərini yazmışdır. Bu əsər həndəsə sahəsində xvııı əsrədək yazılmış bütün əsərləri kölgədə qoymuşdur. Nəsrəddin Tusi “Təhriri Eqlidis” kitabını yazarkən Evklidin həndəsə ilə hesabını yenidən işləmiş və məzmununa toxunmadan ona əlavələr etmişdir. O həm də bu kitabında Pifaqor teoreminin 48 variantda isbatını vermişdir. Nəsrəddin Tusinin riyaziyyat sahəsindəki nailiyyətləri bütün dünyada yüksək qiymətləndirilir. Bu barədə akademik Zahid Xəlilov belə demişdir: “...Nəsrəddinin kəsilməz kəmiyyətlər nəzəriyyəsinə və ədad haqqında nəzəriyyəyə aid olan fikirləri riyaziyyatın sonrakı inkişafına çox böyük təsir göstırmiş və müasir riyazi analizin əsaslandırılmasında lazım olan dəyişən kəmiyyətlərin kəşfi, diferensial və inteqral hesabın kəşfi və kəsilməzliyin tərifi kimi ciddi kəşflərin hazırlanmasında mühüm rol oynamışdır”.

Elm aləminin şahı olan Nəsrəddin Tusi astronomiya, fizika, tibb. Tarix, mineralogiya, riyaziyyat, iqtisadiyyat, coğrafiya, musiqi və s. elm sahələrində 100-dən artıq əsərin müəllifidir. Onlardan “İşarələrin şərhi”, “ Həndəsə qaydaları”, “Kürə və silindir haqqında”, “Apoloninin konus kəsikləri”, “Arximedin dairəvi kvadraturası”, “Menelayın sferika əsəri”, “ Astrolyabiya haqqında”, “Astronomiya xatirələri”, “Təqvim haqqında”, “Kainatın əbədiliyi və sonsuzluğu haqqında”, “Ptolomeyin Almaqesti”, “Təcrid”, “Əxlaqi-Nasiri”, “Cəvahirnamə”, “Maliyyət barəsində”, “Otuz fəsil”, “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqqında risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları” və s. əsərləri göstərmək olar. Dahi ensiklopedist alimin bir çox əsərləri bu günə qədər araşdırıcılarını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif ölkələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Kembric, Oksford, Leypsiq, Münxen, Floqensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan və s. şəhərlərin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Dahi Azərbaycan alimi Nəsrəddin Tusi 1274-ci ildə iyunun 25-də səfər zəmanı Bağdadda vəfat etmiş və orada “Came Məscidində” 7-ci İmam Musa İbn Cəfəri-Sadiqin (ə) məzarının ayaq hissəsində dəfn edilmişdir. Tusinin məzar daşı üzərində yazılan Qurani-Kərimin bu ayəsi : “Onların iti hər iki pəncəsini mağaranın kənarına uzatmışdı, onun Əhli-beytə olan məhəbbət və sadiqliyinin bariz nümunəsidir. N. Tusi zəruri varlığa –ALLAHA – inamını öz fəlsəfi baxımlarında izhar etdiyi kimi şerlərində də qələmə almışdır.

Allahdan başqa yox qadir, hökm edən,

Ustün bir hökm olmaz onun hökmündən.

Necədir, elə də olmalı hər şey,

Elə olmayan şey yoxdur əzəldən.

 

Yeganə haqq olan tək Zül-Cəlaldır,

Başqa nə düşünsən, bil ki, xəyaldır.

Ondan başqa şeyə kim nəzər salsa,

Çəp gözün gördüyü cüt ehtimaldır.

N. Tusinin üç oğlu olub: Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsrəddinin vəfatından sonra onun üçüncü oğlu uzun müddət rəsədxanaya rəhbərlik etmişdir. XIV əsrdə Nəsrəddin Tusinin nəvə-nəticələri Marağadan Ordubada köç etmişlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsrəddin Tusinin çox saylı varisləri yaşamaqdadır. Görkəmli şair İslam Səfərli və qardaşları Hidayət və Arif həmin nəsildəndirlər.

Ölkəmizdə Nəsrəddin Tusiyə və onun elmi yaradıcılığına böyük diqqət və məhəbbət vardır. Tusinin elmi məktəbinin onun adını daşıyan Azərbaycan E.A.-nın Şamaxı Astrofizika rəsədxanasının istedadlı alimləri davam etdirir. Dahi alimin anadan olmasının 800 illiyini YUNESKO xətti ilə bütün dünyada qeyd edilmişdir.

Böyük Azərbaycan astronomu, riyaziyyatcısı və filosofu Nəsrəddin Tusinin elmi irsi dərindən tədqiq edilir. “Zil-İlxani” (Elxani cədvəlləri) cədvəllərində XIII yüzillikdə yüzlərlə ulduzun koordinatları verilmişdir. Bu cədvəllər Avropada XIII-XVI əsrlərdə dəfələrlə nəşr olunub, geniş istifadə edilimişdir.

 

 

 

                                                                                                        

 

 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.