Dəmir yolu – lokomotivdən metroya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dəmir yolu – lokomotivdən metroya
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dəmir yolu – lokomotivdən metroya

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Dəmir yolu – lokomotivdən metroya
 
 
Müəllif: Zaur | 28 Dekabr 2009 | 13355 dəfə oxunub
http://zeka.az/230-djmir-yolu-vj-lokomotivdjn-metroya.html

Dəmir yolu – lokomotivdən metroya

       XVIII əsrin sonlarında buxar mühərriklərinin və polad relslərin ixtirası ilə dəmir yolu dövrü başlandı. O vaxtlar bir çoxları belə hesab edirdilər ki, dördnalla çapan atdan sürətli gedən hər hansı bir nəqliyyat təhlükəlidir. Ona görə də onlar lokomotivlərin (rusca - “parovoz”) düzəldilməsinə qarşı çıxırdılar.

      Riçard Trevitik (1771-1833) adlı bir ingilis mühəndisi 1804-cü ildə “Nyu Kastil” (“Yeni qəsr”) adlandırdığı lokomotivi düzəltdi. Buxar mühərrikli bu lokomotiv 70 nəfər sərnişinin əyləşdiyi 10 yük vaqonunu dartıb apara bilirdi. Onun maksimal sürəti saatda 8 kilometrə bərabər idi.

       İlk dəmir yolu mühəndislərindən ingilis Corc Stefanson (1781-1848) çox bacarıqlı bir mexanik olmaqla yanaşı, mədəndə yanğınsöndürən vəzifəsində çalışırdı. Bir dəfə İstefanson işlədiyi mədənin sahibindən kömür daşımaq üçün bir lokomotiv düzəltmək tapşırığı aldı. 1814-cü ildə Stefanson “Bluşer” (“Çəkməcik”)  adlandırdığı lokomotivi düzəltdi. Bu lokomotiv 30 tonluq yükü saatda 6,5 km sürətlə aparmaq gücündə idi. Lakin onun qüsuru da var idi: lazım olan sürəti almaq üçün xeyli vaxt sərf olunurdu. Stefanson səylə çalışaraq lokomotivi daha da təkmilləşdirdi. 1825-ci ildə o, ilk dəmir yolu xəttini inşa etdi və “Lokomoşn”adlandırdığı mühərrik ilə hərəkət edən ilk sərnişin qatarını quraşdırdı.

      Lokomotivli dəmir yolu qısa bir zamanda çox əhəmiyyətli bir nəqliyyat növünə çevrildi. 1828-ci ildə Liverpul-Mançestr dəmir yolu sahibləri daha sürətli lokomotiv üçün xüsusi mükafat təyin etdilər. Stefanson və oğlu Robber bu müsabiqədə qalib gələrək saatda 48 km sürətlə hərəkət edən “Raketa” adlı lokomotivi düzəltdilər. “Raketa” 14 tonluq bir yükü digər lokomotivlərdən ikiqat artıq sürətlə aparırdı. Bu hadisə sübut etdi ki, buxar mühərrikli lokomotivlər atla hərəkətə gətirilən nəqliyyatlardan qat-qat üstündür.

       1879-cu ildə isə almaniyalı elektrik mühəndisi Ernst Simens (1816-1892) 274 metr uzunluğunda elektrikləşdirilmiş dəmir yol xətti üzərində ilk elektrik lokomotivini nümayiş etdirdi. Elektrolokomotiv buxarla işləyən lokomotivlə müqayisədə daha səssiz və təhlükəsiz olmaqla yanaşı, ətraf mühitə də az zərər vururdu. Bu lokomotivi dünyada ilk tramvay hesab etmək olar. Az sonra İngiltərə və Almaniyada tramvay işə salındı. Tramvay relslər üzərində hərəkətə gətirilirdi. Tezliklə tramvay dünyada geniş yayılaraq ən sərfəli nəqliyyat növlərindən birinə çevrildi.

      Nəqliyyat sahəsində ixtiraların zirvəsini isə metro nəqliyyatı təşkil etdi. Yeraltı dəmir yolunun tam adı metropolitendir. “Metropoliten” yunan dilindəki “metropolis” sözündən götürülmüşdür, “baş şəhər, paytaxt” mənasını verir. Dünyada ilk yeraltı dəmir yolunun da vətəni İngiltərə oldu. 1863-cü ildə Londonda metropoliten işə salındı. Dünyada ilk elektrik xətti də 1890-cı ildə London metropolitenində çəkilmişdir. Bu xətt Temza çayının altından keçərək şəhərin şimal və cənub hissələrini birləşdirir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.