Qurani-Kərimdə İmam Hüseynin (ə) məqamı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Qurani-Kərimdə İmam Hüseynin (ə) məqamı
 
 » Xəbərlər » Əlamətdar günlər » Qurani-Kərimdə İmam Hüseynin (ə) məqamı

     
 
Xəbərlər » Əlamətdar günlər: Qurani-Kərimdə İmam Hüseynin (ə) məqamı
 
 
Müəllif: Muhammadamin | 5 İyul 2011 | 16830 dəfə oxunub
http://zeka.az/234-qurani-kjrimdj-dmam-hgseynin-j-mjqamd.html

Qurani-Kərimdə İmam Hüseynin (ə) məqamı

  Əziz müsəlmanlar! Başda İmam Zaman ağa olmaqla Sizi İmam Hüseynin mövludu münasibətilə təbrik edir və haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:   

İmam Hüseyn (ə) haqqında danışmaq ilk öncə bizim üçün şərəf, izzət və iftixardır. Elə ki, ondan söz açırıq, insan daha da şərəflənir, izzətlənir və qüvvətlənir. Həmçinin, şərəfdir ona görə ki, haqqında danışdığımız kəs Allahın və Peyğəmbərin (s) sevdiyi və önəm verdiyi sıradan bir şəxs deyil, şəxsiyyətdir. Allahın ona verdiyi qiymət: “Cənnət cavanlarının ağasıdır”. Peyğəmbərin (s) verdiyi qiymət: “Hüseyn məndəndir, mən də Hüseyndən”.

          Bilin ki, İmam Hüseyni (ə) xatırlamaq ibadət, xatırlatmaq isə İslamın özüdür. İbadətdir ona görə ki, onu xatırlamaqla şəhid olmaq nədir, fədakarlıq nədir, nikbinlik nədir, bunları biz öyrənirik. Bu kimi gözəlliklər olmadan İslamı yaşamaq və yaşatmaq mümkün deyildir. Həmçinin, İmam Hüseyni (ə) xatırlamaqla Həqiqi İslam yadımıza düşür.

          İmam Hüseyni (ə) xatırlatmaq isə İslamın özüdür, ona görə ki, həmin dövrdə həqiqi İslamla təhrif olunmuş İslam arasındakı fərqi bizə göstərir. İmam Hüseyn (ə) öz qanı ilə haqla batil arasındakı qırmızı xətti, cizgini çəkdi.

          İmam Hüseyn (ə) İslamı yaşadı və yaşatdı. Saxta müsəlmanları üzə çıxartdı və onları bizə tanıtdırdı. Nəinki, o gün üçün, hətta bu gün üçün onun qoyduğu məktəb bizə onları zaman-zaman tanıtdırdı. Bu gün İmam Hüseynin özü olmasa da, onun davamçıları vardır, Yezidin özü olmasa da, onun kimi düşünən ardıclıları vardır.

          İmam Hüseynin (ə) fərdi məqamı həm onun özü üçün, həm də onun ardıcılları üçün arzuolunan və qazanılması çox qurbanlar tələb edən məqamdır. Fərdi məqamı başdan-başa şərəf və izzətlə doludur.

         İmam Hüseynin (ə) fərdi məqamından danışanda Qurani-Kərimdən bir neçə ayə yadıma düşür:

         1-İmam Hüseyn (ə) Allahın lütfüdür;

         Allah-Taala buyurur:

         “Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır”. (Bəqərə surəsi, ayə 251)

          Doğrudan da Allah-Taala haqqın qurbanı kimi İmam Hüseynlə (ə) batili dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı, İslam dini hansı vəziyyətə düşəcəkdi, onu bir olan Allah bilir. Lakin Allah zaman-zaman Öz dinini qorumaq üçün Öz qullarlından seçib göndərir. Sonuncu qulu isə intizarında olduğumuz Axirəz-zəmandır.

          2-İmam Hüseyn (ə) şəhidlik zirvəsini fəth etmiş ən yüksək şəxsiyyətlərdəndir;

          “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. (Ali İmran surəsi, ayə 169)

          3-İmam Hüseyn (ə) şəfaətçidir. Bir dəfə Misirdə olarkən elmi məclislərin birində Sufi təfəkkürlü alimlərin birinin dilindən bu sözləri eşitdim. O deyir: “Allahın övliyaları ilə təmasa keçmək olur. Onlardan öz hacətlərini istəmək mümkündür. Çünki onlar bu hacətləri Allahın izni ilə həyata keçirirlər. Allahın izni isə onlar üçün vardır. Çünki Quran ayəsi bunu təsdiq edir və buyurur:

         “Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!” (Zumər surəsi, ayə 34)

          4-İmam Hüseyn (ə) Allaha etdiyi əhdə sadiq qalan şəxsiyyətdir, bu da onun yüksək məqam sahibi olmasının göstəricisidir.

         “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (Əhzab surəsi, ayə 23)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.