Müsahibimiz filosof - İlqar Əzimovdur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz filosof - İlqar Əzimovdur
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz filosof - İlqar Əzimovdur

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz filosof - İlqar Əzimovdur
 
 
Müəllif: Elirza | 30 Dekabr 2009 | 12713 dəfə oxunub
http://zeka.az/235-mgsahibimiz-filosof-dlqar-zhzimovdur.html

          Əzimov İlqar Qurban oğlu 1974-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. O, Ukrayna Respublikası Lvov şəhərinin “Hərbi Siyasi Mədəniyyət İnstitutu”nda, sonra “Bakı Ali Komandirlər Məktəbi”ndə təhsil almış, 1994-1998-ci illərdə zabit qismində xidmət etmişdir. 2006-ildə isə “Tbilisi Siyasət Akademiyası”nın fəlsəfə fakültəsini bitirmişdir. 

          Mümkünsə, həmrəylik günü barədə Zeka.az saytının izləyicilərinə qısa məlumat verəydiniz.

          Bildiyiniz kimi, dekabrın 31-i bütün dünya azərbaycanlılarının milli həmrəylik günüdür. Azərbaycan Respublikasının yaranma günü ilə əlaqədar azərbaycanlıların mövqe və şüurlarının yüksəlişində güclü təkan baş verdi. Bu təkana cavab olaraq 1993-cü ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü elan edildi və o zamandan etibarən hər il dekabrın 31-i dünyanın bir çox ölkələrində Azərbaycan ictimaiyyəti tərəfindən “Milli Həmrəylik Günü” kimi qeyd olunur.

          31 dekabr azərbaycanlılar üçün nə dərəcədə əhəmiyyətlidir?

          Artıq bir çoxumuza məlumdur ki, dünyanın müxtəlif yerlərində neçə milyonlarla azərbaycanlı yaşayır. Onlar yalnız öz vətənləri olan Şimali Azərbaycan və ya Cənubi Azərbaycanda deyil, hətta, Türkiyədə, Fransada, Böyük Britaniyada, Skandiv ölkələrində, ABŞ-da və Yaxın Şərq ölkələrində də yaşayırlar. Lakin Azərbaycan diasporunun ən görkəmlisi Rusiyadadır. Milli Həmrəylik Gününün başlıca əhəmiyyəti onların eyni vaxtda bir yerə toplanması üçün imkan yaratmasındadır. Onlar bir yerə toplaşaraq öz problemlərini, nailiyyətlərini bölüşür, ən əsası isə vəhdətlərini bütün dünyaya göstərirlər. Təbii ki, bu özü ümumi düşmənimizə bir növ zərbədir.

          Sonda bu günlə bağlı xalqımıza nə arzulayardınız?

          Xüsusilə, gənclərimizə xalqımızın tarixini düzgün mənbələrdən öyrənmələrini, milli-mənəvi dəyərlərimizi qorumaq uğrunda çalışmalarını, millətimizə yad olan adətlərə uymamalarını, Qarabağ adlı faciəmizi unutqanlıq dənizinin dalğalarında boğmamalarını və tək məhərrəm ayında deyil, Qarabağ düşmən əlində olan müddətə qədər yaslı olduğumuzu daim xatırlamalarını arzu edirəm!

Müsahibəni apardı: Ceyhun Məmmədov





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 36)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.