Cənub bölgəsində tapılmış xanlıqların dəfinələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cənub bölgəsində tapılmış xanlıqların dəfinələri
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Cənub bölgəsində tapılmış xanlıqların dəfinələri

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Cənub bölgəsində tapılmış xanlıqların dəfinələri
 
 
Müəllif: Mais | 31 Dekabr 2009 | 12877 dəfə oxunub
http://zeka.az/236-cjnub-bglgjsindj-tapdlmde-xanldqlardn-djfinjljri.html

Cənub bölgəsində tapılmış xanlıqların dəfinələri

           Hər il Azərbaycan Respublikasının Cənub-şərqində 3-4 dəfinə və onlarla “təsadüfi tapılan” nümizmatik fakt aşkara çıxarılır. Belə dəfinələrdən biri də 2003-cü ilin oktyabrında Daşdatük kəndinin sakininə rast gəlir. Xoş təsadüf nəticəsində Daşdatük dəfinəsinin 22-i sikkəsinə bizim tərəfimizdən baxış keçirilmişdir. Uzun axtarışlar nəticəsində dəfinənin tapıldığı şəraitlə tanış olarkən kənd sakinlərinin sözlərindən bizə məlum oldu ki, 0,5-1 kq. ağırlığında olmuş bütöv dəfinə kəsilmiş ağacın, bir yerdən başqa yerə sürüşdürülüb daşınması zamanı üzə çıxmışdır.

 

Şirvan xanlığı.

Adsız., Şamaxı, 1201 h. i, gümüş, abbasi, çəkisi =2,3 qram

Əks tərəfdə: ətrafı nöqtələrlə bəzədilmiş kiçik səkkiz quşəli ləçəkvari kartuşun içərisində =  ضرب شماخى [Zərbe Şamaxı], 1201 h.i. 

          2004-cü ilin aprelində Astara rayonunun Kijəbə gəsəbəsi Lovayn  kəndidə ekskovator qazıntı işi apararkən, sınmış saxsı gabın ətrafında çoxlu sayda gümüş sikkələr aşkar edilmişdir. Əldən-ələ keçən sikkələrdən bir neçəsini LDU-nun tarix-ictimaiyyat ixtisası üzrə təhsil alan tələbəsi Mirzəzadə Elçin tərəfindən bizə göstərilmişdir.

Şirvan xanlığı.

Adsız., Şamaxı,1191 h.i, (1680)  gümüş, abbasi, çəkisi= 2,3 qram.

Üz  tərəfdə: iri səkkiz guşəli ləçəkvari kartuşun içərisində =يا صاحب الزمان[Ya sahib əz zaman ]

Əks tərəfdə: ətrafı nöqtələrlə bəzədilmiş kiçik, səkkiz guşəli ləçəkvari kartuşun içərisində = Zərbe Şamaxı,1191h.i.

         Mirzəzadə Ramal Höccət oğlu Digah kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini (tarix müəllimi) Vel kəndində dəniz sahilllində xanlıqların mis sikkəsini tapmışdır.

         Sikkə dəfinələrinin elmi cəhətdən hərtərəfli tədqiqi zamanı dəfinələrin bütövlüyünü, tapıntıların yerinin  dəqiq öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq Lovayn kəndinə yola düşdük. Dəfinənin tərkibi, tapıldığı ərazi ilə tanışlıqdan sonra ilkin tədqiqat aparılmış və aşağıda xronoloji qaydada  məlumat-sikkələrin ümumi elmi təyinatı verilmişdir.

 

Şirvan xanlığı.

Adsız., Şamaxı, zərb tarixi görünmür., mis, fulus, çəkisi=2,4  qram.

Üz tərəfdə: yuxarı hissədə nöqtələrlə bəzədilmiş aypara, ortada nəbati, aşağıda zülfüqarın rəsmi zərb olunmuşdur.   

Əks tərəfdə: yuxarı hissədə nəbati rəsmi, aşağıda ضرب شماخى  [Zərbe Şamaxı] sözləri zərb olunmuşdur.

          Cənub bölgəsində tapılmış dəfinələrin araşdırılması və həmən dövrün mənbələri göstərir ki, qeyd olunan dövürdə Şirvan xanlığının sikkələri Talış xanlığının ərazisində istifadə olunmuşdur.

          Məgalədə tədqiq olunan Azərbaycan xanlıqlarının sikkə nominalları XVII əsrin ikinci yarısında XVIII əsrin birinci rübündə Cənub bölgəsinin əmtəə-pul münasibətlərindən kənarda qalmadığına dəlalət edir.

         Nəticədə dəfinələrin topoqrafik izahının köməyi ilə bölgədən keçən ticarət karvan yolu müəyyən edilmiş, dəfinələrin tərkibindəki sikkələrin təyinatı, bölgənin şimal və şərq ölkələri arasında “Quru körpü” rolunu oynadığı bir daha sübut olunmuşdur.  

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.