Valideynə hörmət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Valideynə hörmət
 
 » Din » Əxlaq » Valideynə hörmət

     
 
Din » Əxlaq: Valideynə hörmət
 
 
Müəllif: Abdullah | 31 Dekabr 2009 | 12863 dəfə oxunub
http://zeka.az/238-valideynj-hgrmjt.html

Valideynə hörmət

       “Rəbbin yalnız Ona ibadət etməyi, valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşgün çağına yetərsə, onlara “uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”

       Ata-anaya xidmət elə bir vəzifədir ki, Allah-Taala özünə ibadətdən sonra ən böyük savabı onlara xidmət etməkdə qoymuşdur. Edilən yaxşılıqlar müqabilində təşəkkür etmək yalnız insanlarda deyil, eyni zamanda heyvanlar və bitkilərdə də vardır. Məs:  Heyvanlar sahibləri üçün yun və süd verməklə, nəsil artırmaqla, minik kimi əkin işlərində istifadə edilməklə, müəyyən işlərdə insana yardım etməklə öz sahiblərinin qarşısında təşəkkürlərini bildirirlər. Həmçinin bitgilər də bağbanın çəkdiyi zəhmətlər müqabilində gözəl və rəngarəng mənzərələrlə, sərinlik verən kölgələrlə, havanı saflaşdırmaları və müxtəlif çeşidli meyvələr verməklə öz xidmətləri müqabilində bir növ təşəkkür edirlər. Əgər bu varlıqlar ixtiyarsız və təbii olaraq cəmiyyətin ixtiyarında olub öz xidmətlərinə qarşı təşəkkür edirlərsə, onda bəşər aləminin ən şərəflisi olan insan ona qarşı edilən müxtəlif xidmətlər və nəvazişlər müqabilində bu məsələyə etinasız ola bilərmi? Əgər xidmətlər və məhəbbətlər qarşısında edilən təşəkkür bir insani vəzifədirsə, onda ata-ananın zəhmətləri və fədakarlıqları müqabilində səy göstərmək haqqını tapdalamamaq, valideynlərin zəhmətlərinə əməli təşəkkür etmək lazımdır. Çünki ata-ana insana hamıdan artıq xidmət etmişlər, yalnız onlar öz övladlarının səadət və rifahını özlərinin şəxsi xoşbəxtliklərindən ön plana çəkmiş, öz mənfəətlərini övladlarının tərbiyəsi və kamala çatması yolunda sərf etmişlər. Müqəddəs İslam dini valideynə ehtiram barədə lazımi göstərişləri verir və ata-anaya ikram edib nəvaziş göstərməyi vacib bir əməl kimi bizə çatdırır. Bu məsələyə o qədər əzəmətlə yanaşır ki, onu Allahpərəstlik məsələsi ilə yanaşı qeyd edir. Böyük alimlərdən biri olan “Əl-Mizan” təfsirinin müəllifi mərhum əllamə Muhəmməd Hüseyn Təba-təbai buyurur: “Valideynin əmr və göstərişlərinə tabe olmaq  və yaxşılıq etmək tovhiddən sonra vacib əməllərin ən mühümlərindən sayılmış, onların hüquqlarında nöqsanlı hallara yol verilməsi Allaha şərik qoşmaq günahından sonra ən böyük günah sayılır”.

         Bir kişi Peyğəmbərdən ona moizə etməsini istədi. Peyğəmbər buyurdu: “Əsla Allaha şərik qoşma, hətta, əgər səni odda yandırsalar belə. Həmçinin ata-anaya bacardığın qədər itaət et! Onlara qarşı səhlənkarlıq etmə. İstər diri olsalar, istərsə də vəfat etmiş olsalar. Əgər məxsus halda əhli-əyal və mal-dövlətdən əl çəkməyini istəsələr, o əmri icra et ki, bu iş iman əlamtidir. (Kənzul-Ummal, hədis 4543)

         Allahın Peyğəmbəri (s): “Elə çirkin işlər yoxdur ki, görməmiş olam, mənim tövbə və qayıtmağıma yol varmı?” deyə soruşan kişiyə cavabında belə buyurdu: “Ata-anan varmı?” Kişi atam var buyurdu. Peyğəmbər get atana yaxşılıq et dedi. Həmin kişi gedəndən sonra Peyğəmbər buyurdu: Ey kaş anası sağ olaydı. (Biharul-ənvar c.74, səh. 82, hədis 88)

  Peyğəmbıər (ə) buyurur: “Ata-anasına itaət etməyən övlada deyilər: Nə iş (ibadət) istəyirsən et ancaq mən səni bağışlamayacağam”. (Biharul-ənvar c.74, hədis 72)

  Əgər biz insanlar Allahın rəhmətini qazanmaq istəyiriksə, ata-anaya xidmət etməliyik. Əgər Allahın razılığına ehtiyacımız varsa, mütləq şəkildə ilk öncə valideynlərin razılığını əldə etməliyik. Biz buna nail ola bilsək, həm dünyamızı, həm də axirətimizi qazanarıq.

    İlahi! Hər bir kəsin öz cəzasına çatdığı və heç kimə zülm olunmadığı gündə bizləri valideynlərinə ağ olanların cərgəsində qərar vermə. Amin!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.