Addım-addım, atdıqca artır... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Addım-addım, atdıqca artır...
 
 » İstirahət » Poeziya » Addım-addım, atdıqca artır...

     
 
İstirahət » Poeziya: Addım-addım, atdıqca artır...
 
 
Müəllif: muhammadamin | 31 Dekabr 2009 | 12329 dəfə oxunub
http://zeka.az/239-adddm-adddm-atddqca-artdr.html

 

Addım-addım, atdıqca artır...

Üzümü gənclərə tutaraq bu hekayəni onlar üçün yazıram

         Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir nəfər su gətirir. Hər dəfə də qapını su gətirən üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutanda tez gedib qapını açardı. Bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Qızcığazın atası eyvanda oturmuş halda baş verən hadisəni izləyir. Su gətirən suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. Qızcığazın xəbəri olmadan onu öpüb çıxır. Bu, su gətirən adamın həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edir. Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur.  Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir: “Addım, addım, artdıqca artır. Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan artıq hərəkət edərdi”. Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni danışır. Sonra oğluna bu sözləri deyir: “Kim zina edərsə (başqasının namusuna toxunarsa), onun da namusuna toxunarlar.

        Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının namusuna göz dikməklə başqalarının da gözünü öz namsuna diləyəcəkdir, onda o, bu hərəkətindən vaz keçər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.