Yeni il ərəfəsində yeni təhlükə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni il ərəfəsində yeni təhlükə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni il ərəfəsində yeni təhlükə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yeni il ərəfəsində yeni təhlükə
 
 
Müəllif: Muslim | 4 Yanvar 2010 | 12306 dəfə oxunub
http://zeka.az/243-yeni-il-jrjfjsindj-yeni-tjhlgkj.html

          Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında dedi ki, Rusiya və digər xarici ölkələrin adıyla satılan hədiyyə qutuların 80 faizi xarici mal nişanı ilə məhz Azərbaycanda hazırlanır və elə Azərbaycanda içəriləri doldurulur. Eyyub Hüseynov bildirdi ki, bu qutuların içərisinə əsasən vaxtı keçmiş şokolad və digər şirniyyat məhsulları doldurulur: “Hər il Yeni il şənlikləri başlayandan sonra adətən, AİB-ə çoxsaylı şikayətlər gəlir, zəhərlənmələr olur. Təhlükəli vaxtı keçmiş şokoladları, digər təhlükəli məhsulları ekzotik qablara doldurub paylayırlar. Valideynlər özləri şənliklərə baxır, uşaqlar isə o şirniyyatları çıxarıb yeyir və zəhərlənirlər. Hər il bu, baş verir. Bunu yerli şirkətlər də, xaricilər də edirlər. Məsələn, keçən il biz külli miqdarda vaxtı keçmiş malın satışdan çıxarılmasına nail olduq. Həmin məhsul hədiyyə qutularında şənliklərdə paylanırdı. O hədiyyə qutularını yerli şirkət hazırlamışdı. Hətta humanitar təşkilatların payladıqları hədiyyələrlə bağlı da belə fakt aşkarlanmışdı. Ona görə də valideynləri hədiyyələr alarkən ehtiyatlı olmağa çağırırıq”.






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.