Kimlər idmançılarımızın əxlaqlı olmasında məsuliyyət daşıyır ? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Kimlər idmançılarımızın əxlaqlı olmasında məsuliyyət daşıyır ?
 
 » Sağlamlıq » İdman » Kimlər idmançılarımızın əxlaqlı olmasında məsuliyyət daşıyır ?

     
 
Sağlamlıq » İdman: Kimlər idmançılarımızın əxlaqlı olmasında məsuliyyət daşıyır ?
 
 
Müəllif: Muslim | 5 Yanvar 2010 | 12786 dəfə oxunub
http://zeka.az/244-kimljr-idmangdlardmdzdn-jxlaqld-olmasdnda-mjsuliyyjt-daedydr-.html

Kimlər idmançılarımızın əxlaqlı olmasında məsuliyyət daşıyır ?

       Keçən dəfə idmançıların əxlaqı ilə baglı məqalədə bəzi idmançıların əxlaqsız hərəkətləri barəsində söz açmışdıq. Bu fəsadların aradan qaldırılması yollarını araşdırmağı gələn məqaləmizə həvalə etmişdik.

       Hər bir kəsin şəxsiyyətinin təməli birinci olaraq ailədə qurulur. Elə ona görə də idmançının da yaxşı əxlaqi xüsusiyyətlərə malik olması üçün birinci növbədə valideynləri mühüm rol oynayır. Valideynlər uşaqlarının hansı idmanla məşğul olması, məşğul olduğu idman növündə müəllimin kim olması ilə maraqlanmalıdırlar.

       Bəzən valideynlər uşaqlarını özünün bəyəndiyi, amma uşağın bəyənmədiyi idmana getməsini arzulayırlar. Hətta məcbur da edirlər. Zənnimizcə valideynlər seçim etməyi uşağın özünə həvalə etməli, özləri bu seçimdə nəzarətçi kimi yol göstərməlidirlər. Əlbəttə ki, valideynlər gələcəyi nisbətən də olsa yeniyetmələrdən daha yaxşı bildikləri üçün uşaqlarına bəzi idman növlərini qadağan edə bilərlər. Məsələn, yeniyetmələrin qaydasiz döyüş kimi bəzi idman növlərinə həvəsi olmasına baxmayaraq, əksər valideynlər uşaqlarının belə vəhşi idmanla məşğul olmasına razı deyillər. Çünki hansı valideyn uşağının ağız-burnunun qana bulaşıb, sümüklərinin sınmasına razı olar?! Bəlkə də ölüm xəbəri ilə qarşılaşa bilər. Yaxud da qız uşaqlarının qız zərifliyinə yaraşmayan bəzi idman növü ilə məşğul olması barəsində yaxşı düşünmək lazımdır.

       Diqqətinizə catdırmaq istədiyimiz başqa bir nöqtə ailədə uşaqların idmana, yaxud hansısa idmançıya fanat səviyyəsində bağlanmasıdır. Belə ki, cavan dərslərini, gələcəyində mühüm rol oynayan proqramlarını atıb var-gücünü idmana sərf  edir. Hətta bəzən cavanların əxlaqi xüsusiyyətlərinə idman ulduzlarının təsir etdiyinin şahidi oluruq. Geyimlərində, danışıqlarında və saç düzümündə belə ulduzları yamsılayırlar. Halbuki cavan nəslimizə ideal və nümunə göstəriləsi elə dahilərimiz var ki, hətta başqa xalqlar onları özlərinə nümunə seçirlər.

       Həmçinin idman müəlliminin düzgün seçimi uşağın idmanda uğurlar qazanmasında və valideynin çəkdiyi zəhmətin hədər olmamasında mühüm rolu vardır. Unutmayaq ki, idman müəllimləri uşaqlarımızın təkcə idman təlimində deyil, onların gələcək şəxsiyyətlərinin formalaşmasında da təsir göstərirlər. Əgər övladımız gələcəkdə özünə idmanı peşə seçirsə dediyimiz onda özünü daha da bariz göstərir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.