Şaxta babalar haqqında şok olaylar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Şaxta babalar haqqında şok olaylar
 
 » Şaxta babalar haqqında şok olaylar

     
 
---: Şaxta babalar haqqında şok olaylar
 
 
Müəllif: Muslim | 5 Yanvar 2010 | 13011 dəfə oxunub
http://zeka.az/245-eaxta-babalar-haqqdnda-eok-olaylar.html

Dağlarda qurdum dəyə, gəldim sizi.... öldürməyə”

          Müşahidələr göstərir ki, əgər 15-20 il əvvəl Şaxta Babalar tərəfindən əsasən kiçik miqyaslı soyğunçuluq, evlərin qarət edilməsi kimi hadisələr baş verirdisə, indi Yeni İli xüsusi təmtəraqla qeyd edən Avropa ölkələri Santa Klausların növbənöv cinayətlərindən zara gəlib. Şaxta Baba geyimində, əməlli-başlı maskalanmış, kimliyi bəlli olmayan oğrular bankları soymağa, uşaqları oğurlamağa, təcavüz, terror kimi cinayətlərə əl atırlar..

Manyak Santa

          Şaxta babaların törətdiyi cinayətlər arasında təcavüz və uşaqbazlıq kimi faktların daha çox olması, daha geniş coğrafiyanı əhatə etməsi nəzərdən qaçmır. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ, Kanada, Rusiya kimi ölkələrdə Şaxta Babalar “işə çıxmazdan” əvvəl hüquq mühafizə orqanları yerli KİV vasitəsi ilə əhaliyə müraciət edərək qadınları, qızları və azyaşlı uşaqları manyak Şaxta babaların təcavüz hərəkətləri barədə məlumatlandırır, ehtiyatlı olmağı tapşırırlar. Bütün bunlara baxmayaraq, İngiltərədə yerləşən Şaxta Babalar Cəmiyyətinin hesablamalarına görə, Şaxta Baba qiyafəsinə girmiş manyaklar tərəfindən dünyada hər Yeni il ərəfəsində təqribən 2-2,3 min arası təcavüz faktı törədilir. Bu hadisələrin ən çox baş verdiyi ölkələr isə ABŞ, Rusiya, İngiltərə, Kolumbiya və Almaniyadır. Qapılarını xoş məramla Santa Klausların üzünə açan, eləcə də Yeni il əyləncələrində iştirak edən qadınlar daha çox manyak Santaların qurbanı olur.

          Qeyd edək ki, 2007-ci ildə Avstriyada Yeni il ərəfəsində bir qrup Qar Qızın müraciəti əsasında həbs olunan bir Santa Klausla bağlı polisin apardığı araşdırmalar zamanı məlum olub ki, o, az müddət ərzində yanında “işə götürdüyü” Qar Qızlarına təcavüz edib. Araşdırmalar zamanı Santa Klausun 5 işçisinə təcavüz etdiyi və ya əxlaqsız hərəkətlərə yol verdiyi müəyyənləşib.

          ABŞ-da Şaxta babalar tərəfindən rekord sayda əxlaqsız hərəkətlər və oğurluq halları ötən il qeydə alınıb - 12 274 fakt. Yeni il gecəsi Klivlend şəhərində 12 yaşlı bir qız uşağını qaçırmağa cəhd göstərən Antoni Russo adlı Santa Klausu isə polislər elə “iş başında” yaxalayıb. Məlum olub ki, bu “saxta baba” bir neçə həftə ərzində 10-13 yaş arası 5 qızı qaçıraraq təcavüz edib. Santa Klaus uşaqları alabəzək çuvalı və içindəki müxtəlif heyvan şəkilli şirniyyatlarla aldadıb motosikletinə mindirərək qaçırırmış.

          Ötən il Moskvada yaxalanmış “Ded Moroz”un isə əsasən yaşlı, tənha yaşayan qadınlara təcavüz etdiyi üzə çıxıb. Polisin çoxsaylı şikayətlər əsasında apardığı əməliyyat tədbirləri nəticəsində ələ keçən 61 yaşlı “Ded” əvvəlcə xoşuna gələn qadınları izləyib onların mənzillərini müəyyənləşdirib. Daha sonra həmin mənzillərin telefonlarını taparaq zəng edib, onlara hədiyyə gətirdiyini söyləyən Şaxta Babanı qadınlar blokun qapısında belə gözlətmədən evə dəvət edirmişlər. Manyak öz çirkin əməllərini bundan sonra həyata keçirirmiş.

“Saxta” baba

          Yuxarıda qeyd etdiyimiz kimi ildə yalnız bir “sezon” işə çıxan Şaxta Babaların adları oğurluq, quldurluq kimi cinayətlərdə də tez-tez hallanır. Bu cür hadisələrə son illər Azərbaycanın iri şəhərlərində və Bakıda da təsadüf olunur. Heç kimin ağlına gətirmədiyi “baba”ya qapı açıb onu evə dəvət edən insanlar gözləmədikləri halda təzyiqlə üzləşir. Soyuq silahla silahlanmış “saxta” baba hamının gözü qarşısında evdə çəkidə yüngül, qiymətdə ağır nə varsa yığışdırıb aradan çıxır. Şaxta Baba qiyafəsində maskalanmış bu şəxslərin kimliyini çox zaman təyin etmək də mümkün olmur. Bu səbəbdən də vətəndaşlar qapılarını döyən “saxta” babaların həm də təhlükəli olduqlarını nəzərdə saxlamalıdırlar. Çünki Azərbaycanda da belə nümunələr var. Xüsusilə də bayramqabağı və bu ərəfədə evdə azyaşlıları tək qoyub harasa gedəndə, “Şaxta Baba əməliyyatı” mütləq nəzərə alınmalıdır. Blokda sevdiyi Şaxta Babanın səsini eşidən uşağın ona qapı açmayacağını düşünmək də çətindir. Digər tərəfdən, artıq peşəkarlaşmış, bankları belə soyan Şaxta Babaların evdən uşağı oğurlaması, yaxud mənzili qarət etməsi o qədər də çətin deyil.

          Xatırladaq ki, 2006-cı ildə Rusiyanın Perm vilayətindəki Şaxta Baba bandası bayram ərəfəsində vilayətdə 2 adam oğurluğu faktına görə həbs olunub - Permin qəsəbələrindən birinin milis rəisinin uşağının və bir biznesmenin həyat yoldaşı və uşağının oğurlanması. Amma oğru Şaxta babalar çox uzağa gedə bilmədən saxlanılmışdılar.

          İsveçdə isə ötən il dekabrın 29-da Şaxta babalar karnavalında öz Qar Qızını başqası ilə dəyişik salan, məclisə əvvəlcədən “vurub” hazır gəlmiş Santa Klausun digər həmkarının Qar Qızı ilə əylənməsi mübahisəyə, daha sonra isə əlbəyaxa savaşa yol açıb. Daha cəld tərpənən içkili Şaxta Babanın əsaya əl atması isə həmkarının həyatına son qoyub. Nəticədə Şaxta Baba nə az, nə çox - 7 illik məhbus həyatını yaşamağa məcbur olub.

          2007-ci ildə Los-Anceles şəhərində bayramqabağı çoxlu spirtli içki qəbul etmiş bir Santa Klausu isə şəhər polisi yüksək sürətlə avtomobil sürərkən saxlayıb. Analizlər zamanı Santa Klausun qanında alkoqolun miqdarının göstərilən həddən dəfələrlə çox olması üzə çıxıb. Nəticədə “avtoş” Şaxta Babaya 5 min dollar cərimə yazılıb.

Terrorçu Santanın macəraları

           Şaxta babaların adından istifadə edənlər arasında terrorçuların sayı da ilbəil artmaqdadır. ABŞ-da 2006-cı ildə təhlükəsizlik qüvvələri tərəfindən bir neçə terrorçu Santa Klausun yaxalanması terrorun açıq hədəfində olan bəzi Avropa ölkələrində Şaxta babaların təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsi ilə nəticələndi. Qeyd edək ki, 2006-cı ilin dekabr ayının ortalarında Nyu-Yorkda keçirilən bir karnavala gələn Şaxta Babanın əslində bu dona girmiş terrorçu olduğu üzə çıxıb. Təsadüf nəticəsində şübhəli Santa Klausu saxlayan polis onun üzərindən bomba aşkarlayıb.

          Şaxta babalar hərbi əməliyyatlarda da iştirak edib. Müxtəlif məlumatlara görə, Şaxta babalar hərbi əməliyyatlara ilk dəfə İkinci Dünya Müharibəsinin sonlarına yaxın “cəlb olunub”. Yeni il günü Şaxta Baba donuna girmiş silahlı alman əsgərləri sovet ordusunun əsgərlərinin yerləşdiyi evlərə gəlir və burada partlayışlar törədirmiş. Müharibədən sonra bu metoddan Ukraynada benderlər istifadə etsələr də, ilk cəhd istisna olunmaqla, əməliyyat uğursuz alınıb.

          Müharibədən 40 il sonra - sovet qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlar apardığı illərdə də analoji faktlar qeydə alınıb. Şaxta Babaya çevrilən əfqan mücahidlər 1985-ci il dekabrın 31-də Bədəxşan, Qunduz və Zabul əyalətlərindəki sovet taborlarının kazarmasına girməyi bacarır. Müsəlman Əfqanıstan ölkəsində içkili rus əsgərlərinə Şaxta Babanın hansı “hədiyyə”ni gətirdiyini isə SSRİ tərəfi 1989-cu ildə açıqlayır. “Versiya” qəzetinin yazdığına görə, sovet kəşfiyyatı sonradan 110 nəfərə yaxın əsgərin ölümü və 40-dan çox insanın yaralanması ilə nəticələnən, eyni vaxtda həyata keçirilmiş bu “Şaxta Baba əməliyyatı”nın arxasında amerikalıların dayandığını müəyyənləşdirib.

          Maraqlısı odur ki, ötən əsrin 80-ci illərində müsəlmanları Şaxta Baba əməliyyatı ilə tanış edən amerikalılar 2000-ci illərin əvvəllərində İraqda analoji basqınla üzləşməli olub. 2005-ci ildə Yeni il günü Mosul şəhəri yaxınlığında və Əl-Bağdadiyyə rayonunda xidmət edən ABŞ-ın iki hərbi hissəsi eyni aqibəti yaşayıb. Əsl Santa Klaus qiyafəsində, bayram hədiyyəsi ilə hərbi hissəyə gələn iraqlı mücahidlər əsgərlərlə bir yerdə əvvəlcə Yeni ili qeyd edib. Silahsız Şaxta babalardan zərər gözləməyən amerikan əsgərlərin ehtiyatsızlığı isə onların öz silahlarının Şaxta babaların əlinə keçməsi ilə nəticələnib. İraq Santa Klausları hərbi hissənin altını-üstünə çevirməyə, 10-dan artıq amerikalı əsgəri öldürməyə və yaralamağa nail olublar. Təbii ki, öz həyatları bahasına...

Rəşad Süleymanov Lent.az

          Xatırladırırq ki, şaxta babanın xalqımızın heç bir tarixi və milli-mənəvi köklərinə bağlılığı yoxdur. Şaxta baba ilk dəfə 1931-ci ildə Amerikada koka-kola şirkəti tərəfindən bu şirkətin içkilərini təbliğ etmək üçün ticarət və başqa məqsədlər ücün düzəldilmişdir. Hətta bu yaxınlarda Avropanın bir neçə ölkəsində şaxta babadan imtina etməklə bağlı bir neçə cıxışlar edilmişdir. Keşiş kardinal Raynhard Marks şaxta babanın sərmayədar ölkələrin tərəfindən düzəldilmiş olduğunu deyərək belə bir maraqlı fikiri vurğulamışdır: Bizim kök heykəlli, uzun saqqallı, qırmızı palto geyinib israfçılığı təbliğ edən və maralların daşıdığı araba ilə o tərəf bu tərəfə gedənə ehtiyacımız yoxdur.

Görəsən nə vaxta qədər başqalarının mədəniyyətini idxal edib xalqımızın uca dəyərlərini unudacağıq?!

Zeka.az

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.