Mədəsindən bir kilo saç çıxdı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, noyabrın 22-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Mədəsindən bir kilo saç çıxdı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Mədəsindən bir kilo saç çıxdı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Mədəsindən bir kilo saç çıxdı
 
 
Müəllif: Carchi | 31 Dekabr 2012 | 12483 dəfə oxunub
http://zeka.az/2463-mjdjsindjn-bir-kilo-sag-gdxdd.html
Mədəsindən bir kilo saç çıxdı
Türkiyənin Manisa bölgəsində yaşayan 17 yaşlı gənc qızın mədəsindən iri saç yumağı çıxarılıb. 
"Qafqazinfo"nun məlumatına əsasən, bir müddət imiş ki gənc qız mədə ağrılarından, iştəhasızlıqdan, davamlı ürək bulanmasından əziyyət çəkirmiş. Ailəsi tərəfindən xəstəxanaya aparılan qızı müayinə edən həkimlər onun mədəsində qəribə kütlə aşkar ediblər. Dərhal əməliyyat olunan qızın mədəsindən bir kiloqram ağırlığında saç çıxıb. Yumaq şəklində toplanmış saç artıq mədənin formasını da alıbmış. Həkim-cərrah Mustafa Sarı xəstənin saç yemək vərdişinin olması səbəbindən bu vəziyyətə düşdüyünü deyib. O, qeyd edib ki, bu vərdiş bir xəstəlik formasındadır və bəzi insanlar özünü ifadə edə bilmədikdə, özünə qapananda saç yeməklə təsəlli tapırlar. Adı mətbuata açıqlanmayan gənc qızın vəziyyəti əməliyyatdan sonra yaxşılaşıb. Anası isə qızının xəstəxanadan çıxandan sonra onun saçlarını qısa kəsdirəcəyini deyib.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.