Şalvarımız evdə qalıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Şalvarımız evdə qalıb
 
 » İstirahət » Poeziya » Şalvarımız evdə qalıb

     
 
İstirahət » Poeziya: Şalvarımız evdə qalıb
 
 
Müəllif: Elirza | 1 Yanvar 2010 | 12512 dəfə oxunub
http://zeka.az/247-ealvardmdz-evdj-qaldb.html

Baba Pünhan 

            Şalvarımız evdə qalıb

Bizi çox dərinə çəkmə, arımız evdə qalıb,

Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.

Bizə tən eyləmə, neyçün belə çılpaq gəzirik,

Evimiz orda qalıb, paltarımız evdə qalıb.

Göbəyi oynadan hər cür havamız var küçədə,

Ürəyi oynadan amma tarımız evdə qalıb.

Necə on "Şirvan"a Məmməd kişi qız versin ərə,

Əriyib "qar qız"ımız qız qarımız evdə qalıb.

Kişiyik, amma ki, şortikdə gəzib fırlanırıq,

Soruşanda deyirik şalvarımız evdə qalıb.

Ən gözəl qızlarımız katibələrmizdi bizim,

Gəzirik katibələrnən yarımız evdə qalıb.

Biri mömin qız idi, o biri isə "mamlı-matan"

Matanı verdik ərə, dindarımız evdə qalıb.

O genəltdikcə yerin, yer bizə darlıq elədi,

Genimiz ermənilərdə, darımız evdə qalıb.

Bizə söz çatdıra bilməzsən, əzizim, bunu bil,

Hələ Pünhandakı söz ambarımız evdə qalıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.