Təbiət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Təbiət
 
 » İstirahət » Poeziya » Təbiət

     
 
İstirahət » Poeziya: Təbiət
 
 
Müəllif: Abdullah | 6 Yanvar 2010 | 12318 dəfə oxunub
http://zeka.az/249-tjbijt.html

Otlar da, ağaclar da səcdə edər! (ər-Rəhman surəsi, ayə 6)

                 Təbiət

Ey insan, seyr elə hər otu, gülü

O otlar, o güllər nəsə deyirmi?

Təbiət Rəbbinin ən mömin qulu

Fəsillər bir rükət namaz deyilmi?


Dikəlir qul kimi qış səcdəsindən

Bahar təbiətin qiyam halıdır

Yay gəldi rukuya gedər o sənəm

Hər payız möminin istiğfarıdır

 

Dur, bax təbiətə bu yaz nə göyçək

Demə bir nazənin qızdır nazlanır

Yağışla qüsl edib hər gül, hər çiçək

Səhərin şehiylə dəstəmazlanır

 

Gecə can üstədir anları sayır

Ulduzlar mürgülü, Ay da göz yumur

Burda söz heyrətdə, dil söz tutmayır

Ordasa hər ləçək min salam umur

 

Demə gül üçündür bülbül cəh-cəhi

Rəbbinin şəninə təriflər deyir

Fəhm elə, gör nədi səhərin mehi

Meh deyil, məshdi çəmən baş əyir

 

Bəhs yenə güllərin yaşından düşüb

Deyirlər çox çəkib boyadan lalə,

Bir qızdır çadrası başından düşüb

Gör necə qızarıb həyadan lalə

 

Kim deyir lalənin qandı ürəyi

Rəbbiylə görüşdən belə hallanıb

Bir günlük ömrünə şükürlər deyib

Bir illik səcdəyə yenə yollanıb

 

Hələ bənövşənin dayan seyrinə

Başqa bir aləmdə duyğudadır o

Qüslünü təzələ əyil böyründə

Yox, boyun bükməyib rukudadır o

 

Sən də ey qələmim dayanma düz tək

Keçirmə anları boş ey qələmim

Gördüyün o lalə, o bənövşə tək

Qiyamdan səcdəyə düş ey qələmim.

                                 Altay Cəmil   





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.