Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri “reket” elan edib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri “reket” elan edib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri “reket” elan edib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri “reket” elan edib
 
 
Müəllif: Muslim | 7 Yanvar 2010 | 12492 dəfə oxunub
http://zeka.az/251-azjrbaycan-mjtbuat-eurasd-daha-yeddi-njeri-vreketv-elan-edib.html

     MŞ-dən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə Azərbaycan Mətbuat Şurasının 2009-cu ildəki fəaliyyətinə dair hesabatı, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında Mətbuat Şurasının qərarlarının çıxarılması, Mətbuat Şurası «Reket jurnalistika» ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların çıxarılması və Mətbuat Şurası sıralarına qəbul məsələləri salınıb.

     MŞ sıralarına qəbulla bağlı 5 müraciətə baxılıb. Müzakirələrdən sonra «Ailə həkimi», «Birlik», «Azərbaycan nəşrləri» jurnalları və «Media və Mülki Cəmiyyət» ictimai Birliyi Şura sıralarına qəbul olunub. İclasda qərara gəlinib ki, «Yeni xəbər» qəzetinin bir illik saylarının monitorinqi aparıldıqdan sonra bu nəşr MŞ sıralarına qəbul oluna bilər.

     Sonra Şikayətlər üzrə Komissiyanın və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında da qərarlar çıxarılıb. «Gündəlik Bakı», «Zərbə», «Tolerant Azərbaycan», «Əsas xəbər», «Dünya kriminal», «Güzgü» qəzetlərinin və «Mozalan» jurnalının adları «reket nəşr» elan olunaraq, «Bizim vətən» qəzetinin adı isə xəbərdarlıq edilərək Şuranın «qara siyahı»sına salınıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 1
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.