Qədim müalicə vasitəsi – aloe » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Qədim müalicə vasitəsi – aloe
 
 » Sağlamlıq » Təbabət » Qədim müalicə vasitəsi – aloe

     
 
Sağlamlıq » Təbabət: Qədim müalicə vasitəsi – aloe
 
 
Müəllif: Namig2010 | 8 Yanvar 2010 | 23624 dəfə oxunub
http://zeka.az/253-qjdim-mgalicj-vasitjsi-v-aloe.html

Qədim müalicə vasitəsi – aloe 

      Aloe yaranı qurudur və cismi sağaldır. Xərçəngə qalib gəlir, gözləri açır, ağıla aydınlıq verir, dili yüngülləşdirir, qulağı itiləyir, saç tökülməsinin qarşısını alır. Mədəni bərkidir, qara ciyərə şəfa verir.

       Adətən, möcüzəvi bitki və ya təbii həkim adlandırılan aloe özündə bir çox fövqəladə keyfiyyətlər gizlədir. O isti və quru iqlimdə yetişir və ona görə də bir çoxları onu kaktusla dəyişik salır. Əslində isə aloe zanbaq fəslinə aiddir. Bu dözümlü bitki digər bitkilərin solub məhv olduğu şəraitdə yaşaya bilir. Ekstremal hallarda qabığının məsamələrini bağlayaraq nəmi yarpağın daxilində saxlayır. Bu bitkinin 2000-dən artıq növü bizə məlumdur. Qədim mənbələrdən bizə məlumdur ki, möcüzəvi bitkilərdən hazırlanmış reseptlər min illiklər boyu ötürülərək gəlib çatmışdır. Aloenin terapevtik və sağaldıcı xüsusiyyətləri 5000 ilə yaxındır ki, istifadə edilir. İlk dəfə aloe haqqında qədim mənbələrə 1862-ci ildə bizim eradan əvvəl 1500-cü ilə aid qədim Misir papiruslarını tədqiq edən Corc Eber təsadüf etmişdir. Qədim  Roma və yunan həkimləri müalicəvi bitki kimi aloedən geniş istifadə edirdilər. Tədqiqatların gedişatında məlum olmuşdur ki, Qədim Çin və Hindistan mədəniyyətlərində də aloedən istifadə edilirdi. Tövratda aloe bitkisinin adı çəkilir. Qədim əfsanələrdən birində deyilir ki, Makedoniyalı İskəndər əsgərlərinin yaralarının sağaldılması üçün mümkün qədər çox aloe əldə etmək xatirinə Hind okeanının həmən bitki plantasiyalarının yerləşdiyi Sokotra adasını işğal etməyi əmr vermişdir. Mülayim iqlim sayəsində qərbdə aloe nadir tapıldığı üçün az tanınırdı. Bundan başqa qərb ölkələrində tibb elminin inkişafı aloenin məşhurluğunun azalmasına gətirib çıxardı.

      Bu gün tibbi dərmanlarla müalicənin xəstəliklərlə effektli surətdə mübarizə aparmasına baxmayaraq, alimlərin əksəriyyəti uzun müddət laqeyd qaldıqları tibbi terapevtik müalicə üsullarına qayıdırlar. Nəticədə sağlamlıq və uzunömürlülük kimi möcüzəvi xüsusiyyətlərə malik aloe bitkisi diqqəti yenidən özünə cəlb etdi.

      Aloenin tərkibində insan orqanizması üçün vacib olan vitaminlər-B1, B2, B3, B12, vitamin C, vitamin A, vitamin E, enzimlər, aminturşular, saxaroza asemanan, liqninlər, saponinlər, minerallar; kalsium, maqnezium, natrium, sink, dəmir, manqan, kalium, mis, xrom və s. var. Aloenin antivirus fəallığı, immunlaşdırıcı təsiri, yolxucularla mübarizə aparmaq keyfiyyəti, iltihaba qarşı əhəmiyyəti – bütün bu sadalananların tərkib hissələri sayəsində aloe bütün orqanların və ümumiyyətlə, orqanzmin təmizlənməsinə, bərbasına və düzgün fəaliyyətinə müsbət təsir göstərir.  

Namiq Tahirov (formasept-əczaçı)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.