Telefon danışıqları hər an dinlənilə bilər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Telefon danışıqları hər an dinlənilə bilər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Telefon danışıqları hər an dinlənilə bilər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Telefon danışıqları hər an dinlənilə bilər
 
 
Müəllif: muslim | 8 Yanvar 2010 | 14216 dəfə oxunub
http://zeka.az/254-telefon-dandedqlard-hjr-an-dinljnilj-biljr.html

Telefon danışıqları hər an dinlənilə bilər

GSM standartının şifrlənmə sisteminin sındırılması üsulu da yaradılıb

Almaniyanın kompüter mühəndisi Kerstin Nol dünyanın ən tanınmış mobil rabitə standartı olan GSM-in şifrlənmə sisteminin sındırılması üçün proqram kodu yaratdığını bildirib.

Lent.az-ın “cybersecurity” saytına istinadən verdiyi məlumata görə, mühəndis deyib ki, GSM şəbəkələrində danışıqların şifrlənmə sistemində əsaslı zəif nöqtələr mövcuddur və onun yaratdığı kod bu nöqtələri istifadə etmək imkanına malikdir.

Kerstin Nol qeyd edib ki, onun məqsədi bu kodu insanlara digərlərinin telefon danışıqlarını qulaq asmaq imkanı təqdim etmək üçün deyil, telekommunikasiya şirkətlərinə əhəmiyyətli çatışmazlıqların olması barədə xəbər verməkdir ki, onlar GSM standartındakı həmin zəif nöqtələri aradan qaldıra bilsin.

Qeyd edək ki, bu gün, GSM rəsmi olaraq qeyri-qanuni qulaq asma hallarından tam müdafiə olunmuş bir standart hesab olunur. Rəsmi məlumatlara əsasən, GSM kanalında hər hansı bir danışığı izləmək üçün tərəflərin birinin, yəni operator və ya abunəçinin razılığı olmalıdır. Lakin sözügedən texnologiyanın istifadəyə verildiyi 21 il ərzində GSM standartının şifrlənmə alqoritmlərini həll etmək imkanlarının olması barədə təsdiq olunmamış söz-söhbət gəzir. Standartın sındırılmasını mümkün edən alqoritmin tərtibatçısı bildirir ki, onun yaratdığı texnologiya 1988-ci ildən bu günə kimi sistemin şifrlərini ötüb keçə bilən və dünya üzrə mobil rabitə istifadəçilərinin 80 faizinin şəxsi danışıqlarına təhlükə yaradan ilk koddur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.