Hamiləliyin qarşısını almaq üçün edilən cərrahiyyə əməliyyatının hökmü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyulun 23-ü, bazar ertəsidir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Hamiləliyin qarşısını almaq üçün edilən cərrahiyyə əməliyyatının hökmü
 
 » Din » Əhkam » Hamiləliyin qarşısını almaq üçün edilən cərrahiyyə əməliyyatının hökmü

     
 
Din » Əhkam: Hamiləliyin qarşısını almaq üçün edilən cərrahiyyə əməliyyatının hökmü
 
 
Müəllif: Kerbalayi_Rovshan | 31 May 2013 | 13056 dəfə oxunub
http://zeka.az/2545-hamiljliyin-qaredsdnd-almaq-gggn-ediljn-cjrrahiyyj-jmjliyyatdndn-hgkmg.html

 

 

Hamiləliyin qarşısını almaq üçün

edilən cərrahiyyə əməliyyatının hökmü

Sual: Hamiləliyin qarşısını almaq üçün qadınlarda, yaxud kişilərdə cərahiyyə əməliyyatı aparılır. Bu əməliyyatlar qadının, ya kişinin repreduktiv fəaliyyətdən (nəsil artırmaq qabiliyyətindən) məhrum olmasına səbəb olarsa  caiz deyil?

Həzrət Ayətullah Xameneyi: Hamiləliyin qarşısını almaq üçün kanalların (kişilərdə sperma, qadınlarda isə analıq kanalının) bağlanmasının öz-özlüyündə işkalı yoxdur. Lakin cərrahiyyə əməliyyatı zamanı haram olan baxma və toxunmadan qorunmaq lazımdır. Həmçinin qadın üzərində deyilən cərrahiyyə əməliyyatı ərinin icazəsi ilə aparılmalıdır.

Həzrət Ayətullah Məkarim Şirazi: Nütfənin mayalanmasının qarşısını almaq üçün zərərsiz olan və qadın, yaxud kişinin naqisliyinə (nəsil artırma qabiliyyətindən həmişəlik məhrum olmaq kimi qüsurlara) səbəb olmayan istənilən qanuni (şəri) üsul öz-özlüyündə caizdir. Lakin cərrahiyyə əməliyyatında haram olan baxma və toxunma labüd olarsa, yalnız fərdi, yaxud ictimai zərurət bunu tələb etdiyi halda caizdir.

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Damarın kəsilməsi və repreduktiv fəaliyyətdən (nəsil artırma qabiliyyətindən) məhrum olmaq qüsurdur və insanın özünü sonsuz və qüsurlu hala gətirməsi caiz deyildir. Doğuma nəzarət etmək (demoqrafik vəziyyəti sabitləşdirmək) üçün cinsi əlaqə zamanı spermanın qadının cinsiyyət orqanına daxil olmasının qarşısını almaq kimi şəriət baxımından işkalsız olan başqa yollar da vardır. Bunlar qadınlara da aiddir. Məhrəm-naməhrəm məsələlərinə riayət etməklə kanalları (kişidə sperma, qadında isə analıq kanalını) müvəqqəti bağlamağın maneəsi yoxdur. (Cameul-məsail, c.1/səh.488).

Həzrət Ayətullah Safi Gülpayqani: İnsanın özünü, yaxud başqasını həmişəlik olaraq nəsil artırma qabiliyyətindən məhrum etməsi caiz deyildir. Həmçinin müvəqqəti xarakter daşıyarsa, cərrahiyyə əməliyyatı zamanı naməhrəmə baxmaq və toxunmaq kimi haramlara düşmək labüd olduğu təqdirdə qaçılmaz hallar istisna olmaqla, caiz deyildir.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Caiz deyildir.

Həzrət Ayətullah Sistani: Hansısa üzvün kəsilməsi, ya iflic olması ilə nəticələnməyəcəyi halda, öz-özlüyündə işkalı yoxdur.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Həmin əməliyyatda haram sayılan baxmaq, ya toxunmaq, özgə kişinin qarşısında bədənin görünməsi, yaxud həyat yoldaşından başqasının qarşısında övrətin (cinsiyyət orqanının) görünməsi halları qaçılmaz olarsa, caiz deyildir. Əhvət (ehtiyata uyğun) nəzərə əsasən, ümumiyyətlə, caiz deyildir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 7
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.