Nizam-intizam dəlilinin əsasını üç məsələ təşkil edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Nizam-intizam dəlilinin əsasını üç məsələ təşkil edir
 
 » Din » Əqidə » Nizam-intizam dəlilinin əsasını üç məsələ təşkil edir

     
 
Din » Əqidə: Nizam-intizam dəlilinin əsasını üç məsələ təşkil edir
 
 
Müəllif: Zaur | 8 Yanvar 2010 | 12907 dəfə oxunub
http://zeka.az/255-nizam-intizam-djlilinin-jsasdnd-gg-mjsjlj-tjekil-edir.html
Nizam-intizam dəlilinin əsasını üç məsələ təşkil edir

       1. Bəşər ağlı və bilgisi varlıq aləmi üzərindən pərdəni qaldırmış və bu aləmdə nəzm-intizamdan başqa bir şeylə rastlaşmamışdır. Dünyanın bütün alimləri, böyük kəşf sahibləri öz araşdırmaları nəticəsində etiraf etmişlər ki, bu dünyada heyrətli nizamdan başqa bir şeylə qarşılaşmamışlar. Bütün elm və sınaq mərkəzlərinin məqsədi bu dünyaya hakim kəsilmiş nəzm-intizamı dərinliyi ilə öyrənməkdir.

      2. Hər bir (öncə varlığı olmayıb, sonradan varlığa çevrilmiş) hadisənin öz səbəbi vardır və səbəb-nəticə qanunu ümumi bir qanundur.

      3. Özündə nizam-intizam daşıyan hadisə (varlıq) təsadüfün nəticəsi ola bilməz, bu hadisə (varlıq) bir səbibin diqqət və hesab üzrə yaratdığı nəticədir.

      Bu üç əsasın daha yaxşı aydın olması üçün hər birisinə bir qədər açıqlama veririk:

      1. Yaradılış aləminin heyrətli nizamı

      Yaradılış aləminin dəqiq nizamı, qapalılığı və rəmzləri ucu-bucağı görünməyən dərin bir okean kimidir və bəşər öz müasir elmi ilə bu okeanın  yalnız bir neçə qatına dala bilmişdir. Bəşər elmi cəhətdən daha çox irəlilədikcə, varlıq aləmi qarşısındakı heyrəti daha çox artmışdır. Fizika mütəxəssislərindən birinin dediyi kimi:

       “Hər nə qədər çox təhsil aldım və atomdan kosmosa qədər, mikrobdan insana qədər nəzərimdən keçirdimsə anladım ki, çox şeylər açılmamış, gizli qalmışdır”.

       Böyük alimlərin bu cür etirafları nəzərə çox çarpır və bu, bəşərin elmin yalnız bir neçə pilləsini yüksələ bildiyini göstərir. Lakin yaradılış sarayının əzəməti haqqında bəşərin hal-hazırkı mində bir məlumatı belə, hikmətli və qüdrətli Yaradanın varlığını sübut etmək üçün yetərlidir. Aydındır ki, bu cür qapalı və dəqiq nizam-intizam bir qüdrət, hikmət və elm mənbəyi olmadan mümkün deyil.

       2. Hər hadisənin (varlığın) bir səbəbi var

       Bəşər üçün zəruri olan düşüncələrdən biri bəlkə də “hər bir hadisənin yaradıcı bir səbəbi var” düşüncəsidir. Heç bir (əvvəldən varlığı olmayıb sonra mövcud olan) hadisə səbəbsiz var olmur. İnsan bu ümumi qanunu öz həyatı boyunca qazandığı təcrübələrdən əldə etmişdir. Deməli, yaradılış aləmində gözə dəyən bu heyrətli nizamın bir səbəbi olmalıdır. Çünki heç bir ağıl sahibi “varlıq aləminin heyrətli rəsminin” bacarıqlı rəssam (Hikmətli Allah) qüdrətindən kənar mövcud olduğuna inanmaz.

       3. Hər mövcudun yaradılışındakı nizam-intizam yaradanın qüdrət, hikmət və elmi üçün bir dəlildir.

       Əgər əsərin varlığı əsəri yaradanının varlığından hekayət edirsə, əsərin xüsusiyyətləri də yaradıcının xüsusiyyətlərindən xəbər verir. Məsələn: Nizaminin “Xəmsə”si bu əsəri yaradanın (Nizaminin) varlığından danışırsa, eyni zamanda bu əsərin xüsusiyyətləri onu yaradanın ədəbiyyatla və ədəbi üsullarla kamil surətdə tanış olmasından danışır. Biz bu əsərin təsadüfən yazıldığını iddia edə bilmərik.

       Heç şübhəsiz, hər bir insanın sözləri, hərəkətləri onun elmi səviyyə və ruhiyyəsinə şahidlik edir. Həmçinin hikmətli nizam-intizam, mövcud olanlardakı tərtib və sıra Yaradanın qüdrətli, hikmətli və elmli olduğuna şahidlik edir. Kiçik bir nizamı belə kor-koranə təsadüfün nəticəsi və ya şüursuz, hissiz hadisə hesab etmək olmaz, o ki, qaldı ağılları heyrətdə qoyan böyük bir nizam-intizamı! 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 11)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.