İbn Ərəbi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » İbn Ərəbi
 
 » Elm və mədəniyyət » Dahilər » İbn Ərəbi

     
   
 
Müəllif: Zaur | 9 Yanvar 2010 | 13211 dəfə oxunub
http://zeka.az/256-dbn-zhrjbi.html
 

İbn Ərəbi

      Şeyx Muhiddin Ərəbi, Muhəmməd ibn Əli ibn Əhməd ibn Əbdüllah əl-Şeyx Muhiddin Əbubəkir əl-Tahi əl-Hatimi Əndəlusi əsasən “İbn Ərəbi” adı ilə tanınmışdır. O, Hatəm Tainin nəslindən sayılır. İbn Ərəbi hicrətin 560-cı ilində (1165) ramazan ayında Cənubi İspaniyanın Mursiyə şəhərində doğulmuşdur.

      Onun həyatını yuxuda gördüyü bir cavan dəyişmişdir. Buna görə də o, öz keçmiş dövrünü “cahiliyyət” adlandırmışdır. Muhiddin bir çox şəxslərdən, o cümlədən Əbu Cəfər Uryəni, İbn Ülvan və Əbu Yəqub Qeysidən dərs almışdır. Təsəvvüfdə isə Əbu Midyən Məğribi, Cəmaləddin Yunis Yəhya, Əbu Əbdullah Təmim və Seyyid Əbdülqadir Gilanidən faydalanmışdır. İbn Ərəbini bir çox ləqəblərlə, o cümlədən “Vəli”, “Haqq arifi”, “Ariflərin rəhbəri”, “Şeyxlər şeyxi”, “İlahi biliklər dənizi”, “Böyük Şeyx”, “Ariflərin imamı”, “Müvəhhidlərin qütbü” və s. tanınmışdır.

      On il İspaniya və Kiçik Asiya şəhərlərində olmuş və müxtəlif alimlərdən təhsil almışdır. Hicrətin 595-ci ilində İspaniyada İbn Rüşdün cənazəsində iştirak etmişdir. Dəfələrlə Beytül-Müqəddəsi və Kəbəni ziyarət etmişdir. Deyilənə görə İbn Ərəbinin özü şəxsən “Səlib yürüşləri”nə qarşı iştirak etmiş və müsəlmanları da bu işə təhrik etmişdir. Nəhayət, İbn Ərəbi hicrətin 638-ci ili (1240 cı ilin oktyabr ayı) Rəbiəs-saninin 28-də Dəməşqdə Qazi Muhiddin ibn Zəkinin evində vəfat etmiş və Qasyun deyilən dağın ətəyində dəfn edilmişdir. Osmanlı sultanı I Sultan Səlim hicrətin 623-624-ü ilində Dəməşqdə olduğu müddətdə onun məqbərəsini təmir etdirmişdir. Bu sufi İslam irfanının elmi əsasını qoymuşdur.

       Təsəvvüf və irfanının nəzəri – fəlsəfə və dini - əxlaqi baxımdan bütöv bir təlim halında təkamül zirvəsi “Böyük Şeyx” ləqəbi altında tanınan Mühyiddin İbn Ərəbinin (1165 -1240) adı ilə bağlıdır. O, “vahid varlıq” , “vahid mahiyyət” və yaxud “varlığın (Allahın) vəhdəti”, yəni vəhdəti-vücud təliminin (konsepsiyasının) banisi sayılır və ondan öncə vəhdət aləmi barəsində ayrı-ayrı baxışlar irəli sürülsə də bu nəzəriyyəni elmi-fəlsəfi biçimə və nizama salan İbn Ərəbidir. Onu “ərəblərin ən böyük mistik dahisi” adlandırmışlar.

        Əl-Ərəbi  fənanın yeddi mərhələsini göstərmişdir: 1) Allaha zidd hərəkətlərdən imtina; 2) insan fəaliyyətinin xəyali sərbəstliyindən imtina onun Allahdan gəldiyini başa düşmək; 3) yaradılanların bütün xassələrindən imtina və dünyaya Allahın gözü ilə baxmaq; 4) Allahın böyüklüyünü seyr edərək öz şəxsi mövcudluğundan imtina; 5) Allahı seyr edərək ətraf mühitdən imtina; 6) Allahdan başqa hər şeydən, hətta Onun maddi dünyadakı predmetlərdə gizlənən fəaliyyətinin təzahürlərindən təcrid olunma; 7) İlahi atributlardan təcrid olunma və dünya ilə heç bir əlaqə yaratmadan Allahı seyr etmək.

Məlimatdan istifadə etdikdə isdinad zəriridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.