Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış yeganə şəxs ölüb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış yeganə şəxs ölüb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış yeganə şəxs ölüb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış yeganə şəxs ölüb
 
 
Müəllif: Muslim | 10 Yanvar 2010 | 15501 dəfə oxunub
http://zeka.az/257-xirosima-vj-naqasaki-ejhjrljrinj-atdlan-atom-bombalardndan-sonra-sad-qalmde-yeganj-ejxs-glgb.html
           1945-ci ilin yayında ABŞ tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından sonra sağ qalmış yeganə şəxs ölüb.

         Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, 93 yaşlı Tsutomu Yamaguçi mədə xərçəngindən vəfat edib.

         Qeyd edək ki, ABŞ təyyarəsi Xirosima şəhərinə atom bombası atan zaman bir iş üçün bu şəhərə gələn Tsutomu Yamaguçinin dərisi yanıb. Bir gecə Xirosimada qaldıqdan sonra doğma şəhəri Naqasakiyə gəlib. Avqustun 9-da ABŞ təyyarəsi Naqasakiyə də atom bombası atıb. O, bu dəfə də sağ qalmağı bacarıb.

         Yapon hökuməti Tsutomu Yamaguçini hər iki hücumdan sonra sağ qalan yeganə şəxs kimi qəbul edib. BMT-də 2006-cı ildə çıxış edən Tsutomu Yamaguçi başına gələn hadisələrlə bağlı kitablar və nəğmələr yazıb.

         Tarixi xronika:1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ hərbi aviasiyasına məxsus təyyarədən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb.

         O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı atom bombasının zərbəsindən tamamilə məhv olub. Nəticədə 70 min nəfər ölüb, 140 min nəfər yaralanıb, 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir.

         Bundan 3 gün sonra – avqustun 9-u saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə «Fat Man» adlı Plqtonium-239 tipli atom bombasını atıb. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak olub. Naqasaki bələdiyyəsinin  açıqladığı rəsmi məlumata görə, 9 avqust 1945-ci ildə və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 124 nəfərdir.

         Qeyd edək ki, hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir. (Lent.az) 

         Doğurdan da cox maraqlıdır. Özünü yaranmışların ən ağıllısı hesab edən insan necə də bu cinayətə əl atır. Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000 – dən cox nüvə başlığı vardır. Amma dünyanı darmadağın etməyə isə təkcə bir neçə atom başlığı kifayətdir. Belə olan halda (dünya məhv olandan sonra) bəs qalan atom başlıqları nəyə lazımdır?!  Zeka.az 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.