Yazdıqlarımdan halallıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Yazdıqlarımdan halallıq
 
 » İstirahət » Poeziya » Yazdıqlarımdan halallıq

     
 
İstirahət » Poeziya: Yazdıqlarımdan halallıq
 
 
Müəllif: Abdullah | 11 Yanvar 2010 | 12352 dəfə oxunub
http://zeka.az/258-yazddqlardmdan-halalldq.html

 “Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qara görərsən”. (Zümər surəsi, ayə 60)

 Yazdıqlarımdan halallıq

 Siz ey yazdıqlarım, halallıq verin

 Həyatdı, kim bilir, nələr olacaq? 

 Dəfnimlə qapanan əməl dəftərim

 Sizin üzünüzə açıq olacaq.


 Bəlkə də o torlu, qubarlı rəflər

 Sizə də ömürlük məzar olacaq

 Sizinçün ayrılmış ağ səhifələr

 Əməl dəftərimdə bom-boş qalacaq.


 Siz ey yazdıqlarım sözdən dəyərli

 Sanmayın dünyada bir irs qoyuram

 Bəlkə yazmadığım sizdən xeyirli

 Sadəcə gümana, zənnə uyuram .


 Siz ey susduqlarım, susmadıqlarım

 Nə qədər sizləyəm, sual eyləyin

 Siz ey yazdıqlarım, yazmadıqlarım

 Yaxşımı, pisimi halal eyləyin


 Bəlkə hər oxuyan rəhmət deyəcək

 Hər rəhmət savabdan, dindən deyilmi?

 Bəlkə oxuyanın çoxu söyəcək

 Sevən də söyəndə məndən deyilmi?


 Səndə ey qələmim halallıq dilə

 Qalmasın bir incik söz varaq gedək

 Bəlkə fərmanımız bir gündə gələ

 Fərman sahibinə üzü ağ gedək.

                                 Altay  Cəmil  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 6
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.