Aşura günü zöhr namazını camaatla qılınması » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 21-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Aşura günü zöhr namazını camaatla qılınması
 
 » Din » Əhkam » Aşura günü zöhr namazını camaatla qılınması

     
 
Din » Əhkam: Aşura günü zöhr namazını camaatla qılınması
 
 
Müəllif: Kerbalayi_Rovshan | 3 Noyabr 2014 | 13536 dəfə oxunub
http://zeka.az/2592-aeura-ggng-zghr-namazdnd-camaatla-qdldnmasd.html

Aşura günü zöhr namazını camaatla qılınması

Aşura günü zöhr çağı İmam Hüseynin (Ona salam olsun!) köməkçilərindən olan Əbu Səmamə Seydavi o Həzrətə dedi: «İstəyirəm ki, sənin dəstəndə şəhid olmazdan əvvəl, vaxtı yetişmiş olan bu namazı səninlə qılım». İmam Hüseyn (Ona salam olsun!) buyurdu: «Namazı mənə xatırlatdın. Allah-taala səni həqiqi namaz qılanlardan etsin. Düşməndən namaz qılmaq üçün möhlət istəyin». Sonra İmam Hüseyn (Ona salam olsun!) öz əshabı ilə zöhr namazını qıldı. Züheyr və Səid ibn Abdullah o Həzrəti qorumaq üçün qarşısında dayandılar. 13 oxla yaralanan Səid şəhadət məqamına yetişdi.

 «Namaz qılın, həqiqətən, namaz insanı gizli və aşkar günahlardan saxlayar».

Hədisdə deyilir ki, İmam camaata iqtida edənlərin sayı on nəfəri keçdikdə, bütün səma kağız, dənizlər mürəkkəb, ağaclar qələm, cin, insan və mələklər isə yazar katiblər olsa belə, bir rəkətin savabını yazıb qurtara bilməzlər.

«Allah yanında insanların ən pisi o kəsdir ki, özünü bir imamın ardıcılı hesab etdiyi halda, rəftarında onu təqlid etmir».

 İmam Səccad (Ona salam olsun!)

Sual: Son illər dini mərasimlərin icrasına dəstələr halında qatılan bir sıra kollektivlərin Aşura günü zöhr namazını camaatla qılaraq, bununla Həzrət Seyidüş-Şühədanın ənənəsini yaşatması, davam etdirməsi adət halını almışdır. Lakin bəzi heyətlər, əzadarlıq dəstələri hələ də bu mühüm məsələyə qarşı laqeydlik nümayiş etdirirlər. Bununla əlaqədar nə tövsiyə edərdiniz?

Həzrət Ayətullah Məkarim Şirazi: Aşura günü zöhr namazını camaat halında qılmaq olduqca əhəmiyyətlidir və şübhəsiz ki, İmam Hüseyn (Ona salam olsun!) məhz belə əzadarlardan razı qalacaqdır.

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Namaz əzadarlıqdan daha əhəmiyyətlidir və namaz vaxtı əzadarlıq və sair işlərə ara verərək camaat namazı qılmaq lazımdır.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Həzrət Seyidüş-Şühədanın (Ona salam olsun!) əzadarlığı namaz və digər dini vəzifələrin icrası üçün bir zəmindir və o Həzrətin qiyamı da məhz Quranın və şəriət hökmlərinin mövqeyini möhkəmləndirmək məqsədi daşıyırdı. Əzadarlar hər şeydən əvvəl, ən əhəmiyyətlisi namaz olan dini vəzifələrə diqqət yetirməlidirlər.

Həzrət Ayətullah Safi Gülpayqani: Bütün hörmətli əzadarlıq dəstələrinin belə mühüm bir məsələyə qarşı diqqətli olması məqsədəuyğun hesab edilir.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Aydındır ki, vaxtın əvvəlində və camaat halında qılınan namaz əzadarlara Seyidüş-Şühədanın (Ona salam olsun!) razılığını qazandırar.

Həzrət Ayətullah Sistani: Daha yaxşı olar ki, namazı vaxtında qılsınlar və bununla bu qəbildən olan məclislərin təşkil edilməsində əsas məqsədin nədən ibarət olduğunu göstərsinlər.

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.