Məzhəbimizə qarşı sayğısızlığın qarşısının alınması » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, yanvarın 18-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Məzhəbimizə qarşı sayğısızlığın qarşısının alınması
 
 » Din » Əhkam » Məzhəbimizə qarşı sayğısızlığın qarşısının alınması

     
 
Din » Əhkam: Məzhəbimizə qarşı sayğısızlığın qarşısının alınması
 
 
Müəllif: Kerbalayi_Rovshan | 22 Noyabr 2013 | 13291 dəfə oxunub
http://zeka.az/2594-mjzhjbimizj-qared-sayddsdzldddn-qaredsdndn-aldnmasd.html

 

 

Məzhəbimizə qarşı sayğısızlığın qarşısının alınması

«Bizim üçün zinət olun, bizə eyb və çirkinlik gətirməyin».

İmam Sadiq (Ona salam olsun!)

«Şiələrimiz əmrimizə tabe olan, sözlərimizə əməl edən və düşmənlərimizə müxalif olan insanlardır. Bu xüsusiyyətlərə sahib olmayan şəxslər bizdən deyil».

İmam Rza (Ona salam olsun!)

Sual: Bir sıra əzadarlıq məclislərində bəzi məddahlar İmamlara (Onlara salam olsun!) xoşagəlməz ifadələrlə xitab edir, yaxud əzadarlıq adı altında üzünü cırmaqlayıb, qəmə vurur, öz bədən və libaslarını qana bulamaqla yanaşı, başqa insanların də bədənini, paltarını və mənzilini nəcis edirlər. Belə əzadarlıq tərzinin baş verdiyini, Əhli-beyt (Onlara salam olsun!) məclislərini şəriət meyarlarından və mənəviyyatdan xali hala gətirdiyini, bir sıra hallarda isə hətta müqəddəslərə qarşı sayğısızlığa yol açdığını nəzərə alaraq, bu xüsusda bizim vəzifəmizin nədən ibarət olduğunu açıqlayın.

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Məzhəbə qarşı sayğısızlığa səbəb olan istənilən hərəkət caiz deyildir.

Həzrət Ayətullah Safi Gülpayqani: Məzhəbə qarşı sayğısızlığa səbəb olacağı halda, belə hərəkətlərdən uzaq olmaq lazımdır.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Müqəddəslərin təhqir olunmasına səbəb olacağı təqdirdə caiz deyildir (yolverilməzdir!).

Həzrət Ayətullah Məkarim Şirazi: Həzrət Əbu Abdullahın (Ona salam olsun!) əzadarlığı insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Lakin sizin, haqqında bəhs etdiyiniz hərəkətlər bu mərasimə yaraşmır və məzhəbin alçaldılmasına yol açır.

Həzrət Ayətullah Sistani: Əzadarlığa xələl yetirən hərəkətlərdən uzaq olmaq lazımdır.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Əzadarlıq məclisləri İslami adət-ənənələrə sayğı anlamını daşıyır və özündə məsumların (Onlara salam olsun!), xüsusən İmam Hüseynin (Ona salam olsun!) məqamına dərin ehtiram ehtiva etməli və bu böyük insanlara üz verən müsibətlərə görə hüzn və kədərin izharına çevrilməlidir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (29 Noyabr 2013 16:39)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Mezhebimizin gozelliyine soz yoxdur, sadece uzerimize dushen onu oldugu kimi, yeni mubaligesiz ve elmi shekilde temsil ede bilmekdir. Allah bu yolda shielerimize yardimi olsun!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 4
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.