Dünyanın ilk hibrid netbuku » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanın ilk hibrid netbuku
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanın ilk hibrid netbuku

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünyanın ilk hibrid netbuku
 
 
Müəllif: muslim | 11 Yanvar 2010 | 12332 dəfə oxunub
http://zeka.az/260-dgnyandn-ilk-hibrid-netbuku.html

Dünyanın ilk hibrid netbuku, ən nazik monoblok-kompüter, orijinal telefonlar...

CES sərgisində elektronikanın son naliyyətləri nümayiş olunur

Las-Veqas şəhərində təşkil olunmuş Consumer Electronics Show (CES) sərgisi istehlakçı elektronikası sahəsində fəaliyyət göstərən bir çox şirkətlər son yeniliklərini nümayiş etdiriblər.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Lenovo” şirkətinin “CES 2010” çərçivəsində təqdim etdiyi innovasiya məhsulları arasında dünyanın ilk hibrid netbuku daha çox maraq doğurub.

İki əməliyyat sistemi və iki prosessorla təchiz edilmiş sözügedən işləmə asanlıqla planşet kompüterə çevrilir. Sərgidə “Lenovo” şirkətinin multi-toxunma (multitouch) funksiyalı ilk planşet kompüteri və dünyanın ən nazik monoblok-kompüteri də yer alıb.

“Motorola” şirkəti də sərgiyə gələnləri heyrətə salmağı bacarıb. ABŞ mobil qurğu istehsalçısının pavilyonunda bundan əvvəl “Motus” kimi qələmə verilən “BackFlip Android” smartfonu var. Elə adından göründüyü kimi (əks fırlanan - reverse flip), bu telefon orijinal form-faktorda yığılıb və özündə nəinki sensor displey, eyni zamanda geriyə açılan tam funksiyalı qwerty-klaviaturasını əks etdirir.

“Asus” şirkəti isə korpusu bambuk ağacından hazırlanmış yeni ekoloji netbuklarını nümayiş etdiri. Elektron kitab qurğuları bazarına çıxmağa hazırlaşan Cənubi Koreyanın “Samsung” şirkəti də geridə qalmayıb və ilk “riderlərini” nümayiş etdirib. “Samsung”un ilk nümunələri 6 və 10 düymlü sensor ekranlarla təchiz edilib. Təbii işığı təsvir etmək imkanına malik bu ekranlar xarici görünüşdən çap kağızı ilə oxşardır. “Wi-Fi 802.11b/g” və “Bluetooth 2.0.” modulları ilə təmin olunmuş yeni qurğuların kommunikativ funksiyaları internetdən kitab və qəzetlər yükləmək, eləcə də digər qurğularla kontent mübadiləsi aparmaq imkanı verir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.