24 il əvvəl Lənkəranda nə baş vermişdi? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, yanvarın 18-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » 24 il əvvəl Lənkəranda nə baş vermişdi?
 
 » Xəbərlər » Əlamətdar günlər » 24 il əvvəl Lənkəranda nə baş vermişdi?

     
 
Xəbərlər » Əlamətdar günlər: 24 il əvvəl Lənkəranda nə baş vermişdi?
 
 
Müəllif: Zaur | 26 Yanvar 2014 | 13023 dəfə oxunub
http://zeka.az/2606-24-il-jvvjl-ljnkjranda-nj-bae-vermiedi.html

24 il əvvəl Lənkəranda nə baş vermişdi?
Keçmiş ittifaq tarixində ilk dəfə olaraq Lənkəranda sovet hakimiyyətinin fəaliyyəti 15 günlüyə dayandırılıb
 O zaman yerli idarətmə qurumlarının bütün funksiyalarını Azərbaycan Xalq Cəhbəsinin idarə heyəti tərəfindən yaradılmış müfəqqəti müdafiə komitəsi həyata keçirib. Müdafiə komitəsinin üzvü İtifat Rəhimzadə deyir ki,tələbləri Azərbaycan ali sovetinin sessiyasını çağrırmaq, Dağlıq Qarabağın statusunu ləğv etmək olub. Bu tələbləri yerli əhali şəhərin Azadlıq meydanında yanvarın 11-dən 26-na qədər davam edən izdihamlı mitinqlərlə dəstəkləyib. Həmin vaxt xalqı azadlıq hərakatından uzaqlaşdırmaq məqsədilə maraqlı qüvvələr tərəfindən təhrikedici tədbirlərə də əl atılıb. 1990-cı il yanvarın 19-da minlərlə sakinin sərhədi aşaraq İran tərəfinə keçirilməsinin təşkili buna subutdur. Keşmiş ittifaq məhz bunu əsas gətirərək Lənkərana qoşun yeridib.
Keçmiş Müvəqqəti Müdafiə Komitəsinin üzvü baş verənləri belə şərh etdi: “Yanvarın 25-də Azərbaycan xalq cəhbəsi Lənkəran təşkilatının nümayəndələri və yerli xalq hakimiyyəti nümayəndələri ilə birlikdə rus qoşunları ilə danışıqlar getdi.həmin danışıqlarda razılaşma əldə olundu. 16 bənddən ibarət protokol imzalandı. Bu protokola əsasən yanvarın 26-dan saat 14-dən etibarən əhalidə olan silahlar qaytarılmalı, hakimiyyət yenidən rəsmi orqanlara qaytarılmalı idi”.
Amma çox təəəsüf ki, ittifaq qoşunları həmin razılaşmanı pozub. Yanvarın 26-da şəhərə qoşun yeridilərək gündüz saat 12-də xalq cəhbəsinin qərargahına basqın edilib. Gözlənilən təhlükəni şəhərdən uzaqlaşdırmaq məqsədilə 360 nəfərlik özünü müdafiə batalyonu isə Haftonu meşələrinə çəkilib.
Keşmiş Özünü Müdafiə Batalyonunun üzvü Əkrəm İbadov o günü belə xatırlayır: “Səhər 11-12 radələrində rus qoşunları desantla düşdülər üstümüzə. Dağlara atdılar desantları. Mühasirəyə aldılar bizi. Başladılar atmağa. Orda da yaralandım. Gecə saat 11 idi məni xəstəxanaya köçürtdülər. Ondan sonra yadımda deyil ki,nə oldu. Necə oldu”.
Keşmiş Müvəqqəti Müdafiə Komitəsinin üzvü Rahim Nuriyev o zaman Əlikram Hümbətovla razılığa gələ bilmədiklərini deyir: “Biz-idarə heyətinin bir qism üzvləri toplaşıb Haftonu meşəsinə getdik ki,Əlikram Hümbətovu son dəfə bu məsələdə dayandıraq. Yəni dəstələr buraxılsın, silahlar təhvil verilsin.lakin biz getdik. Əlikram Hümbətov bizimlə də razılaşmadı”. 
Elə bu razılaşmama da qırğına səbəb olub. Əlikram Hümbətov aradan çıxsa da, qeyri bərabər döyüşdə batalyonun 6 üzvü amansızlıqla qətlə yetirilib, 46 nəfər Rusiya həbsxanasına göndərilib. 1990-cı ilin yanvarı Lənkəran tarixində 11 şəhidin şəhadət günü kimi yazılıb.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 4
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.