Suyun növləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Suyun növləri
 
 » Din » Əhkam » Suyun növləri

     
 
Din » Əhkam: Suyun növləri
 
 
Müəllif: muslim | 12 Yanvar 2010 | 12716 dəfə oxunub
http://zeka.az/262-suyun-ngvljri.html

Suyun növləri

1. Qarışıq su (fiqhi termində muzaf deyilir). Adından göründüyü kimi, hər hansı bir şeydən alınmış suya qarışıq su deyilir. Məsələn: Alma suyu, qarpız suyu. Həmçinin su bir şeylə elə şəkildə qarışdırılmış olsa ki, daha ona su demək mümkün olmasa o da qarışıq su hökmündədir. Məsələn: Şərbət suyu.

2. Saf su, yəni qarışıq olmayan (fiqhi termində mütləq deyilir). Saf su özü də bir neçə növə bölünür:

a)         Quyu suyu

b)         Axar su

c)          Yağış suyu

d)         Durğun su.

Gördüyünüz kimi, bir qisim yerdən çıxan sular ya axardır çaylar kimi, ya da yerdən çıxır, amma axar deyil, quyu suyu kimi. Bir qisim su da göydən (asimandan) yağır, yağış suyu kimi. Bir qisim də sadaladığımızın əksinə olaraq, nə yerdən çıxır, nə də göydən yağır. O da durğun sudur ki, adından göründüyü kimi, bir şeyin içində durmuş haldadır. Ona fiqhi termində rakid su da deyilir. Məsələn: hovuzda ya aftafada olan su. Rakid su da iki yerə bölünür:

a)         Kür su. Miqdarı çox olan suya, yəni həcmi 42/875 qarış və çəkisi 377/419 kiloqram olan suya deyilir. Sadə dillə desək, əgər suyu uzunluğu, eni və dərinliyi ən azı 3/5 qarış olan bir qaba, ya çənə-hovuza töküb doldursaq kür miqdarında olacaq.

b)         Az su. Miqdarı yuxarıda deyiləndən az olan suya az (qəlil) su deyilir. Buna aftafa suyunu misal göstərmək olar.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.