İnkişaf məfhumu və onun xüsusiyyətləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişaf məfhumu və onun xüsusiyyətləri
 
 » Sağlamlıq » Psixologiya » İnkişaf məfhumu və onun xüsusiyyətləri

     
 
Sağlamlıq » Psixologiya: İnkişaf məfhumu və onun xüsusiyyətləri
 
 
Müəllif: Zaur | 13 Yanvar 2010 | 12862 dəfə oxunub
http://zeka.az/264-dnkieaf-mjfhumu-vj-onun-xgsusiyyjtljri.html

İnkişaf məfhumu və onun xüsusiyyətləri

      İnsan, nütfəsi bağlandığı andan olduqca müxtəlif yönlü cismani dəyişkənliklərə məruz qalır. Quran bu xilqətdən bəhs etmişdir (Muminun (23) surəsi, 11-14-cü ayələr). Hələ dünyaya gəlməmişdən öncə ana bətnindəki nütfədə baş verən bu dəyişkənlik uşaqlıqda, yeniyetməlikdə, cavanlıqda da baş verib, ömrün sonuna kimi davam edir. Sözsüz ki, bu dəyişkənliklər cismin bəzi mərhələlərində daha sürətlə həyata keçir. Psixoloqlar inkişafın insanın bədən, əsəb, psixologiya və rəftar kimi xüsusiyyətlərində nisbətən qalıcı olan keyfiyyət və kəmiyyət dəyişkənliyindən ibarət  olduğunu deyirlər. Bu dəyişkənliklər bəzən çoxluğa, bəzən də azlığa meyilli olur. Böyümək özü insanın inkişafından hesab olunur və geriləməyə, yaxud qocalığa aid deyil. Bu inkişaf ən çox cavanlığa qədər insanın bədən və psixologiya dəyişkənliyində özünü göstərir. Hər bir insan fərdinin özünə məxsus inkişaf növü vardır. Psixoloqlar bu dəyişkənliklərin ölümə qədər davam edəcəyini deyirlər, “İslam təlimləri” isə bu dəyişkənliklərin ölümdən sonra da davam etdiyini deyirlər. Belə ki, insan öz rəftarlarının təsiri nəticəsində ölümdən sonrakı həyatda mənəvi dəyişkənliklərə uğraya bilər (məsələn: valideyn öldükdən sonra övladının rəftarları, ölənin dünyada yerinə yetirdiyi davamedici xüsusiyyətə malik xeyirli iş, başqalarının istifadəsi üçün qazdığı su quyusu, əkdiyi ağac və s. kimi işlər şəxs öldükdən sonra onun mənəvi inkişafına səbəb olur).

      İnsanın inkişafı əvvəlcə sürətli, orta yaşlarında yavaş və eyni şəkillidir, ömrünün sonlarında isə geriləməyə başlayır. Buna görə də “uşaqlıq dövrü insan şəxsiyyətinin formalaşdığı bir dövrdür” – demişlər. Bütün insanlar özlərinə bir ideal seçərək, özlərini ona oxşatmağa çalışırlar və bu minvalla müəyyən mərhələlərə uyğun şəkildə inkişaf edirlər. Lakin Quranın təbiri ilə desək: “Sən Rəhman Allahın yaratdığında heç bir fərq və uyğunsuzluq görməzsən”. (Mülk (67) surəsi, ayə 3)

      İnsan nütfəsi bağlandıqdan on beş aylığınadək, həmçinin həddi-buluğ yaşına çatmazdan iki il öncəsi və həddi buluğdan bir il sonra gözlənilməz sürətlə inkişaf edir. Bədənin inkişaf sürəti yüksək olarsa, fikrin və psixologiyanın da inkişafı güclənər.

      İnsan inkişafının ən axırıncı məsələsi onun mürəkkəbliyidir. Canlı varlıq daha kamil olduqca, onun inkişafının sürəti daha yavaş, zaman müddəti isə daha uzun olur. Amillərin – yaşayış mühitinin şərtləri, insanın fəaliyyəti, mədəniyyəti və insandakı dəyişkənliklərin göstərdikləri təsir insan inkişafının günbəgün artan mürəkkəbliyinə səbəb olur.        

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 5
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.