Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda həyat "keyfiyyətsiz" sayıldı
 
 
Müəllif: Carchi | 13 Yanvar 2010 | 12203 dəfə oxunub
http://zeka.az/265-azjrbaycanda-hjyat-keyfiyyjtsiz-saydldd.html

Ölkəmiz Həyat keyfiyyəti İndeksi üzrə reytinq cədvəlində 51 balla 139-cu yeri tutur

Azərbaycan 2010-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. Dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” dərgisinin tərtib etdiyi reytinq cədvəlində belə deyilir.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, reytinq cədvəli həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 194 ölkə arasında aparılmış araşdırmaları əhatə edib. Hər bir sahə 100 ballıq sistemlə qiymətləndirilib. Ən yüksək göstəriciyə 82 balla cədvələ Fransa liderlik edir. Avstraliya ikinci (81 bal), İsveçrə üçüncü (81), Almaniya dördüncü (81), Yeni Zelandiya isə beşinci (79) olub. Bu ölkələrin hamısı azadlıq və ictimai təhlükəsizlik sahələrindən maksimum bal (100) yığıb.

Keçmiş SSRİ ölkələri arasına Baltik ölkələri həmişəki kimi digərləri ilə müqayisədə yüksək göstərici əldə ediblər. Litva 73 balla 22-ci, Estoniya 71 balla 32-ci, Latviya isə 70 balla 40-cı yeri tutub. Litvada azadlıq və ictimai təhlükəsizlik sahələri maksimum bal yığıb. Estoniyada azadlıq 100 bal yığsa da, ictimai təhlükəsizlik nisbətən aşağı nəticə (86 bal) göstərib. Latviyada bu göstəricilər uyğun olaraq, 92 və 86 bal olub.

MDB ölkələri arasında ən yüksək göstəricini 65 balla 55-ci yeri tutan Moldova göstərib. Gürcüstan 98-ci (56 bal), Ermənistan 101-ci (56 bal), Belorus 109-cu (54 bal), Rusiya 111-ci (54 bal), Tacikistan 134-cü (51 bal), Qırğızıstan (51 bal) isə 138-ci yeri tutub. Siyahıda 51 balla 139-cu yeri tutan Azərbaycan, MDB ölkələri arasında Özbəkistanı (49 balla 148-ci yer), Qazaxıstanı (48 balla 155-ci yer) və Türkmənistanı (46 balla 162-ci yer) qabaqlayır. Ölkəmiz ən yüksək qiyməti ekologiya sahəsində (71 bal) alıb. Azərbaycan ictimai təhlükəsizlik sahəsində 64, iqlimdə 62, mədəniyyətdə 60, iqtisadiyyatda 50, həyat səviyyəsində 48 bal toplayıb. Səhiyyə və infrastruktur sahələrində toplanmış ballar eyni - 40 bal olub. Azərbaycanın ən aşağı qiyməti azadlıq sahəsi üzrə olub. Bu sahədə 100 mümkün baldan cəmisi 25-i toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 194 ölkə arasında 162-ci yeri tutub.

Azadlıq meyarı üzrə Moldova və Gürcüstan 50, Rusiya və Qırğızıstan 42, Ermənistan 33 bal toplayıb. Tacikistan və Qazaxıstan bizim qədər toplayıb. Reytinq cədvəlini 33 balla Yəmən və 30 balla Somali tamamlayır.LENT.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.