Bu gün Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 17-si, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Bu gün Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür
 
 » Xəbərlər » Əlamətdar günlər » Bu gün Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür

     
 
Xəbərlər » Əlamətdar günlər: Bu gün Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür
 
 
Müəllif: Zaur | 30 Aprel 2017 | 13683 dəfə oxunub
http://zeka.az/2662-bu-ggn-hjzrjt-zhbglfjzl-abbasdnj-mgvlud-ggngdgr.html

Bu gün Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günüdür

Hz. Abbasın (ə.s) doğulmasıyla dünya yenidən aydınlanmışdır 

Cenubnews.com İnternet Qəzetinin məlumatına əsasən, Həzrət Əbul-Fəzlil-Abbas (ə.s) hicrətin 26-ci ilində, mübarək Şaban ayının dördüncü günü dünyaya gəlmişdir. Şəban ayının üçüncü günündə də, Hz. imam Hüseyn (ə.s) dünyaya gəlmişdir. Dünyada reallaşan hadisələr təsadüf deyil. Bu hadisədə də, hikmətlər gözə dəyməkdədir. Tarixdə qeyd olunmuşdur ki: Hz. Əli (ə.s), oğlu Hz. Abbas (ə.s) dünyaya gəldiyində, onu görər görməz gözləri doldu və gözyaşları mübarək üzünə axdı. Bəli, qeyb elmini bilən Həzrət, 25 il sonra baş verəcək Kərbəla vaqiəsini və imam Hüseynin (ə.s) şəhidliyinin xəbərini bildirən kimsədir. Hz. Abbasın (ə.s) doğulmasıyla dünya yenidən aydınlanmışdır. O, Allahın xəlifəsinin himayəsində böyümüş və özündən sonra gələcək olan on bir məsum Imamın atasından dərs almışdır. 0, böyüdükcə, cəsarət, şücaət və izzəti nəfsə bürünməkdə, pis sifətlərdən isə uzaqlaşmaqda idi. 0, hər vaxt şəhidlərin ağası, Hz. imam Hüseyn (ə.s) ilə bərabər idi. Eynilə ayın günəş ətrafında dönməsi kimi, o da, Seyyidüş- Şühəda imam Hüseynin (ə.s), fəzilət və şücaətlə dolu bədəninin ətrafında dönüb dayanardı. Hz. Abbas (ə.s), addım atdığında şərəf və böyüklüklə addım atardı. Danışdığında rüşd və hidayət adına danışırdı, baxdığında isə haqq adına baxardı. Üz çevirdiyində batildən dönərdi. İzzəti nəfs göstərdiyində zülm və sitəmdən uzaqlaşardı. Bəli, həqiqətən o bir fəzilət abidəsi, kəramət və böyüklüyün ən gözəl nümunəsi idi. Bunların hamısı onun İmam Hüseyni (ə.s) özünə ayna olaraq görməsindən qaynaqlanırdı. Hz. Abbas (ə.s), davamlı olaraq imamının arxasından gedərdi. Baxın, dünyaya gəlişində belə bir addım geridə idi. Belə ki, İmam Hüseynin (ə.s) doğumu, Şaban ayının üçündə, Abbasın (ə.s) doğumu isə, Hicrətin 26-cı ilinin Şaban ayının dördündə vaqe olmuşdur. Bəli, Abbas (ə.s) dünyaya gəldi, təbii olaraq bu uşağa Peyğəmbər (s)-ın sünnəsini tətbiq etsinlər deyə, atası Möminlərin Əmri Əli (ə.s)-ın yanına gətirdilər. Hz. Əli (ə.s) onun anasını ən şücaətli və ən cəsur ailədən seçmişdi ki, şəhidlik və ər meydanı Kərbəlada, qardaşı və imamı olan imam Hüseyn (a.s)a kömək olsun. İmam Əli (ə.s) oğlu Abbasa baxdığında, onun başına gələcəkləri xatırladı. Bu kiçik balanın əzalarına təkrar təkrar baxıb ağlayırdı. Qollarına baxdığında, zamanın imamı uğruna kəsiləcəyini, sinəsinə baxdığında, o elm və helmlə dolu olan mübarək sinəsinə düşmən oxlarının batacağını, mübarək başına baxdığında da, nizələr üzərində dolaşdırılacağını görürdü. Bundan ötəri də, imamın gözlərindən həsrət və hüzün damlaları tökülür və ağlamasıyla Allahın ərşini titrədirdi. Beləcə, Abbas (ə.s)ın, imam Hüseyn (ə.s)ın hərəmindəki susuz balalara su gətirmək məqsədiylə, Fərat sahillərinə necə gedəcəyini, özü susuz olduğu halda, qardaşının susuzluğunu xatırlayıb, suyu əlindən yerə tökəcəyini, birlik yolunda şəhidlərin sərvəriylə birlikdə çiyin çiyinə onun yolunda fədakarlıq edəcəyini, ixlasla öz canını imam Hüseyn (ə.s)a qurban verəcəyini müşahidə edirdi. Bu bala, ana və atası yanında çox qiymətli idi. Atası onun böyüdüyünü, mələkuti simasını, şücaət və əbədi səadətini gördükcə sevinir amma qarşılaşacağı müsibət və çətinlikləri də xatırladıqca hüzn dəryasına dalırdı. Necə kədərlənməsin? Kimin içərisində birazca insani şəfqət varsa, bu səhnələr qarşısında muztərib və pərişan olar. Təbiidir ki, xüsusilə Hz. Əli (ə.s) kimi bütün insanlığa sevgi bəsləyən biri bu hadisədən daha çox təsirlənəcəkdi. Qəməri Bəni Haşim kitabının yazıçısı, yazısının 21-ci səhifsində belə deyir: Bir gün Ümmül-Bənin, imamın (ə.s)-ın Abbasi oxşayarkən kollanndan öpüb ağladığını görər. Anası, gördüklərindən təsirlənərək, mütəəssir olar. Çünki ay parçası kimi bir övlada, atasının baxıb ağlaması görülməmiş bir iş idi. Bunun səbəbini imam (ə.s)-a soruşduğunda, imam (ə.s) bu uşağın qollarının, imam Hüseyn (ə.s)-a kömək uğruna və onun yolunda kəsiləcəyini bildirir. Bunu eşidən ana, yüksək səslə ağlamağa başlayır və onunla birlikdə evdə olanlar da ağlayırlar. Amma Həzrət, sözlərinə davam edərək, o göz nuru balanın Allah qatındakı mənzilət və mövqeyindən bəhs edərək, bunun qarşılığında Allahın ona iki qanad mərhəmət edəcəyini, Cənnətdə əmisi Cəfər ibn Əbu Talib ilə birlikdə Mələklər yoldaşlığı ilə gəzəcəklərini bildirir. Bu müjdəni eşidən Ümmül-Bənin sevinərək sakitləşir.

Allah bütün müsəlmanlara Əbəlfəz (əs) ağanın şücayətindən və qeyrətindən nəsib etsin.Yaradan bizləri o həzrəti tanıyıb,haqqında əda edənlərdən qərar versin.Bu münasibətlə CenubNews.com İnternet qəzetinin kollektivi adından,o cümlədən məhbus həyatı yaşayan baş redaktorumuz Araz Quliyev və digər möminlərin adından başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlman bacı və qardaşlarımızı təbrik edirik. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.