DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 2-ci hissə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, sentyabrın 23-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 2-ci hissə
 
 » Din » Əhkam » DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 2-ci hissə

     
 
Din » Əhkam: DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 2-ci hissə
 
 
Müəllif: Kerbalayi_Rovshan | 29 May 2015 | 12014 dəfə oxunub
http://zeka.az/2679-dzhstzhmazin-szhhdh-olma-ezhrtlzhrd-2-ci-hissj.html

 

6-cı şərt: Qürbət qəsdi ilə, yə`ni aləmlərin Rəbbi olan Həqq-təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz almalıdır. Əgər sərinləmək üçün və ya ayrı bir məqsədlə dəstəmaz alsa, batildir.

 Məsələ 281: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım (vacib) deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.

 7-ci şərt: Dəstəmazı göstərilən tərtiblə almalıdır, yə`ni əvvəlcə üzü, sonra sağ qolu, daha sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Hər iki ayağı birlikdə məsh etməmək və hətta sol ayağa sağ ayaqdan sonra məsh etmək müstəhəbb ehtiyatdır.

 8-ci şərt: Dəstəmazın əməllərini ardıcıl və arada fasilə vermədən yerinə yetirmək lazımdır.

 Məsələ 282: Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.

 Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.

 Məsələ 284: Dəstəmaz əsnasında yeriməyin maneçiliyi yoxdur, belə ki, əgər üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və ayağına məsh çəkərsə, dəstəmazı səhihdir.  Ardı var.....

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.