Molla Nəsrəddin (1308-1384) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Molla Nəsrəddin (1308-1384)
 
 » Elm və mədəniyyət » Dahilər » Molla Nəsrəddin (1308-1384)

     
 
Elm və mədəniyyət » Dahilər: Molla Nəsrəddin (1308-1384)
 
 
Müəllif: Zaur | 16 Yanvar 2010 | 14162 dəfə oxunub
http://zeka.az/268-molla-njsrjddin-1308-1384.html

Molla Nəsrəddin (1308-1384)

      Nəsrəddin (Xoca Nəsrəddin, Əfəndi, Əpəndi, Molla Nəsrəddin) xalq müdriki olmuşdur. Sufi kimi tanınmışdır. İdentifikasiyasına (eyniləşdirməyə) görə avropalı və rus tədqiqatçıları onun mənşəcə türk olduğunu təsdiq etmişlər. 1308-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır. Atası Abdullah məsciddə axund olmuşdur. O özü Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur olmuşdur. Xalq arasında intellektuallaşdırılmış davranışa meylliliyinə görə böyük populyarlıq qazanmışdır. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmişdir. Daha dəqiq desək, vətəndaş işlərinə baxılmasında şəriət hakimliyini icra etmişdir. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. O həm şair, həm dərviş olmuşdur. Onun şerləri zəmanəmizə qədər gəlib çatmamışdır. Nəsrəddin diribaş, fərasətli adam olmuşdur. Onun üçün çətin situasiya anlayışı nadir hallarda mümkün ola bilərdi. Hər hansı bir hadisəni o, istədiyi kimi yoza bilmişdir. Onun koordinat şəbəkəsi hərəkətli və çevik olmuşdur.

     Nəsrəddin müxtəlif türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyədə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona Xoca deyərək müraciət edirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildə bütün titul və dərəcələr – bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün müraciət forması “bəy”, qadınlar üçün “bayan”  sözləri  müəyyənləşdirildi . Lakin “Xoca” sözü Türkiyədə indi də hörmət ifadəsi olaraq müəllim və alimlər arasında geniş surətdə işlənməkdədir.

    Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında əfəndi, özbəklərdə isə əpəndi kimi işlədilir. Orta Asiyada Nəsrəddin Əfəndi kimi tanınır. Azərbaycanda isə molla ləqəbi ilə məşhur olmuşdur.

    Xəsis adamlardan biri ilə mollanın mübahisəsi düşür. Bir qədər söz güləşdirdikdən sonra axırı xəsis Mollaya deyir: “Hər nə deyirsən de! Amma bu pul zəhrimar elə şeydir ki, hamı onu sevir. Hətta lap sən, özün də sevirsən”. Molla deyir: Düzdür sevirəm. Ancaq bu sənin sevməyindən deyil. Mən pulu ona görə sevirəm ki, məni sənin kimi adamlara möhtac olmaqdan xilas edir.

    Bir dəfə Nəsrəddin minbərə çıxaraq demişdir: Yeri, göyü 6 aya yaradan Allaha eşq olsun! Oradakılar deyirlər: Hörmətli Nəsrəddin, 6 aya yox, 6 günə. Nəsrəddin cavab verir: Mən bunu əla bilirəm. Qorxdum ki, adamlar inanmasın! Nəsrəddinin hadisələri başa düşməsi üçün bir planı olmamışdır. Onun qavrayış intellekti ağlının hesabına çox sürətli olmuşdur.

    Bəşəri planda Nəsrəddini “müdriklik sindromu” daim müşayiət etmişdir. Bu ağlın xüsusi vəziyyətidir. Qavranılan hər şeyi işıq filtrindən keçirir. Bu cür insanlar onlarla baş verənlərin paradoksalizmini, ziddiyyətlərin tendensiyalılığını hiss edir və özlərini qaydalardan qaçanlar kimi göstərirlər. Uşaqlıq illərində Nəsrəddinin atası nə deyirmişsə, o əksinə edərmiş. Ona görə də atası həmişə sözü əksinə deyirmiş ki, oğlu da tərsinə eləməklə, işlər düz getsin. Bu isə həmişə belə gedə bilməzdi. Həyat Nəsrəddini müdrik etməklə dünyaya çox  şey vermişdir.

    Qeyd etmək lazımdır ki, Xoca Nəsrəddinin tarixi haqqında ilk məcmuə XVI əsrin əvvəllərində Türkiyədə yazıçı və şair Lamii tərəfindən tərtib olunmuşdur. Lamii 1531-ci ildə ölmüşdür. Onun kompilyasiyası (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzələn əsər və onun bu əsər hələ indiyə qədər çap olunmamışdır ) ərəb, fars mənbələrini, həm də təkcə yazılı deyil, eyni zamanda şifahi ərəb mənbələrini özünə daxil etmişdir. XIX əsrdən Nəsrəddin lətifələrinin çap olunması tarixi başlanır. Əvvəl İstanbulda (1837-ci ildə) və sonra Bulakda Nəsrəddin yaradıcılığının mətbəə nəşrlərinin əsası qoyulmuşdır. Nəsrəddinin  uydurma şəxsiyyət olduğunu deyənlər bir şeyi unudurlar ki, hər şeyi uydurmaq olar, müdrikliyi isə uydurmaq qeyri mümkündür. Müdriklik konkret insanı – müdriki tələb edir. Qabaqcıl, o cümlədən müdrik və təhsilli adamlar uşaqlarla həmişə mehriban olmuşlar. Nəsrəddində belə bir müdrik şəxsiyyətlərdən biri olmuşdur. Uşaqlar çətinlik olan kimi Nəsrəddinin yanına qaçar, ondan yardım alırdılar. Xocadan soruşurlar: “Allah haradadır?” O, isə cavabında deyir: “məgər elə yer vardırmı orada Allah olmasın!” Dünya haqqında danışarkən onu deyə bilərik ki, Xoca bir dəfə küçəyə çıxıb görür ki, meydanda xeyli adam yığışıb mübahisə edirlər və Nəsrəddindən soruşurlar: “Xoca sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdir və uzunu nə qədərdir?” Bu zaman küçə ilə bir cənazə aparırdılar. Xoca cənazəni göstərərək deyir: Bu sualı ona verin. O, dünyanın enini də, uzununu da ölçüb gedir.

    Sosial mövqeyinə gəldikdə Nəsrəddin burada öz ağlı ilə adamları heyrətə qoyur. O çəkinmədən hökmdarların üzünə onların günahlarını demişdir. Bir sözlə, bütün dünyanın sevdiyi türk oğlu, müdrik insan Xoca, molla, əfəndi, əpəndi Nəsrəddin 700 ildir ki, bəşəriyyəti güldürür və güldürə-güldürə düşünməyə məcbur edir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.