Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 23-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər
 
 » Din » Əhkam » Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər

     
 
Din » Əhkam: Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər
 
 
Müəllif: Kerbalayi_Rovshan | 20 İyun 2015 | 12172 dəfə oxunub
http://zeka.az/2683-orucu-batil-edjn-ieljrlj-jlaqjdar-gmumi-hgkmljr.html

Orucu batil edən işlərlə əlaqədar ümumi hökmlər

Məsələ 2026. İnsan qəsdən, ixtiyari surətdə və şəriət hökmünü bildiyi halda orucu batil edən hər hansı bir iş görərsə, orucu batil[1] olur.[2]

 Məsələ 2027. Əgər insan orucu batil edən hərəkətlərdən birini qəsdsiz edərsə, eybi yoxdur və orucu düzgündür. Qəsdsiz hallarda səhv etmə, unutqanlıq, qəflət və ixtiyarsızlıq arasında heç bir fərq yoxdur. Lakin bir sıra hallar bu hökmdə istisna təşkil edir:

a)     Əgər insan susuzluğunu aradan qaldırmaq və sərinləmək üçün ağzına su alarsa və oruc olduğunu bildiyi halda ixtiyarsız surətdə su boğazına gedərsə, qarşıda izah ediləcək şəkildə həmin günün orucunun qəzasını tutmaq ona vacib olur.

b)    Əgər insan mübarək ramazan ayında cənabət qslünü unudaraq oruc tutarsa və bir, yaxud bir neçə gün keçdikdən sonra xatırlayarsa, həmin orucun (orucların) qəzasını 1995-ci məsələdə qeyd edildiyi kimi mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə tutmalıdır.

c)     Əgər cünub şəxs cənabətli halda qalmaq mövzusunda izah edildiyi kimi yatarsa və sübh azanınadək qüsl etməzsə, həmin günün orucunu sonadək tutmalı, həmçinin, başqa bir gün 1991-ci məsələdə izah edilən niyyətlə oruc tutmalıdır.

Məsələ 2028. Əgər insan orucu batil edən işlər kimi qeyd etdiyimiz hərəkətlərdən bəzilərinin orucu pozduğunu bilməzsə və hökmü bilmədiyinə görə ona riayət etməzsə, həmin batil edən iş yemək, içmək, yaxud cinsi əlaqə olduğu təqdirdə istənilən halda orucu batil olur, digər batil edən işlərdən biri olduğu təqdirdə isə bir neçə hal mövcud ola bilər:

a)     Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmişdirsə (bu halda “müqəssir cahil” hesab edilir), orucu batil olur.

b)    Əgər məsələni öyrənməkdə səhlənkarlıq etməmişdirsə və batil edən işi görərkən də tərəddüdü yox idisə (bu halda “qasir cahil”dir), orucu düzgündür.[3]

c)     Əgər oruc tutan şəxs batil edən işi görərkən bu işi görmək üçün (onun orucu batil etmədiyinə dair) hər hansı bir şəri dəlilə istinad etmişdirsə (bu halda da “qasir cahil” hesab edilir), orucu batil olmur.

Məsələ 2029. Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini görərsə və orucunun batil olduğunu düşünərək yenidən orucu batil edən işlərdən birini görərsə, onun barəsində öncəki məsələdə izah edilən hökm tətbiq edilir.

Məsələ 2030. Əgər oruc tutanın boğazına zorla bir şey tökərlərsə, orucu batil olmur. Lakin onu orucunu üç işdən biri - yemək, içmək, yaxud cinsi əlaqə ilə pozmağa məcbur edərlərsə, məsələn, ona: “Əgər yeməsən sənə maddi, yaxud fiziki xəsarət yetirəcəyik”, - deyərlərsə və o özü zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olur. Sadalanan üç işdən başqa bir işlə orucunu pozmağa məcbur edildiyi təqdirdə də, vacib ehtiyata əsasən, onun orucu batil olur.

Məsələ 2031. Oruc tutan şəxs boğazına bir şey töküləcəyini, yaxud orucunu öz əli ilə pozmağa məcbur ediləcəyini bildiyi bir yerə getməməlidir. Əgər gedərsə və məcburiyyət qarşısında özü orucu batil edən bir iş görərsə,  orucu batil olur. Həmçinin, lazım ehtiyata əsasən, boğazına bir şey töküldüyü təqdirdə də orucu batil olur.

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir!



[1] Bu batil olma qatı toz və tüstü udmaq, uca Allaha və Onun ən kəramətli Elçisinə (s) yalan isnad etmək kimi bəzi hallarda vacib ehtiyata əsaslanır və belə hallarda vacib ehtiyat sadalanan hərəkətlər ramazan ayında baş verdikdə günün qalan hissəsində (məğribədək) insanın orucu batil edən işlərdən mütləq (ümumi) Allaha yaxınlaşma niyyəti ilə çəkinməsini tələb edir.

[2] Qəsdən sübh azanınadək cənabət, heyz, yaxud nifas halında qalan şəxsin orucunun batil olması ilə bağlı hökm əvvəlki məsələlərdə izah edilmişdir.

[3] Qeyd etmək lazımdır ki, bir işin orucu batil edib-etmədəyinə şəkk edən və onun orucu batil etdiyini ehtimal edən, ancaq bununla əlaqədar olan şəri hökmü öyrənməyə qadir olmayan şəxsin vəzifəsi ehtiyatdır. Yəni həmin işi görməməlidir və əgər ehtiyat etməsi mümkün olduğu halda qəsdən həmin işi görərsə, müqəssir hesab edilir. Buna əsasən, sözügedən şəxs cahil qasir sayılmır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 6
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.