Müxtəlif ölkələrin karikaturaçıları Bakıda yarışacaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Müxtəlif ölkələrin karikaturaçıları Bakıda yarışacaq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Müxtəlif ölkələrin karikaturaçıları Bakıda yarışacaq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Müxtəlif ölkələrin karikaturaçıları Bakıda yarışacaq
 
 
Müəllif: Carchi | 17 Yanvar 2010 | 12264 dəfə oxunub
http://zeka.az/269-mgxtjlif-glkjljrin-karikaturagdlard-bakdda-yardeacaq.html

Müxtəlif ölkələrin karikaturaçıları Bakıda yarışacaq

     “Molla Nəsrəddin - 2010” Beynəlxalq Karikatura Müsabiqəsinə təqdim olunan əsərlərin qəbulu martın 1-də başa çatacaq.

     Müsabiqənin İdarə Heyətindən Lent.az-a verilən məlumata görə, indiyədək müsabiqəyə 17-dən çox ölkənin rəssamı əsər təqdim edib. Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilən müsabiqənin yekunları aprelin 7-də açıqlanacaq. Həmin gün ən yaxşı əsərlərdən ibarət sərgi təşkil olunacaq və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hələ dəqiq yeri müəyyənləşməsə də, mərasim ən böyük sərgi salonlarından birində təşkil olunacaq. Qaliblər qızıl, gümüş, bürünc medal və xüsusi mükafat qazanacaq. Tədbirdə beynəlxalq ölkələrin karikaturaçılarının da iştirakı planlaşdırılır.

    Qeyd edək ki, bu ilki müsabiqə Əzim Əzimzadənin 130 və Rəssamlar İttifaqının yaradılmasının 70 illiyinə həsr olunub. Bu səbəbdən də müsabiqəyə qoyulan mövzu belədir – “Rəssam” (Təsviri sənət tarixin sınağından çıxıb).





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.