Minerallar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Minerallar
 
 » Sağlamlıq » Təbabət » Minerallar

     
 
Sağlamlıq » Təbabət: Minerallar
 
 
Müəllif: Namig2010 | 18 Yanvar 2010 | 18541 dəfə oxunub
http://zeka.az/270-minerallar.html

Minerallar

      Minerallar da vitaminlər kimi orqanizmə düzgün fəaliyyət göstərmək imkanı verən kofermentlər tək təsir edir. Onlar insan bədəninin düzgün maye tərkibi, qan  və sümük toxumalarının istehsalı, həmçinin əsəb sisteminin düzgün fəaliyyəti üçün zəruridir. Məhz buna görə də müasir dövrdə sağlamlığımızı qorumaq üçün qida rasionumuza mineralların əlavə edilməsi zəruridir. Minerallar iki əsas qrupa ayrılırlar: Makroelementli minerallar və mikroelementli minerallar. Makroelementli – kalsium, maqnezium, natrium, kalium və fosfordan ibarətdir. Onlara tələb mikroelementlərdən daha çoxdur. Mikroelementlər az miqdarda tələb olunsalar da, sağlamlığın qorunması üçün onlar zəruridir. Mikroelementlərə sink, dəmir, mis, manqan, xrom, selen, yod aiddir. Düzgün mənimsənilməsi üçün mineralların əksəriyyətinə müəyyən aminturşular lazımdır. Gəlin sizinlə birlikdə hər bir elementlərə nəzər salaq və görək elementlər insan orqanizmi üçün hansı xüsusi keyfiyyətlərə malikdir:

      Kalsium – sümüklərin və dişlərin möhkəm formalaşması və təmin edilməsi, osteoporozun qarşısının alınması üçün həyati əhəmiyyət kəsb edir. Düzgün ürək ritminin təmin edilməsi və əsəb impulslarının ötürülməsi üçün vacibdir. Qanın tənzimlənməsi üçün zəruridir, qalın bağırsaq xərçənginin qarşısını almağa kömək edir, orqanizmi qurğuşunun zəhərli təsirindən qoruyur. Kalsium çatışmazlığı aşağıdakı əlamətlərlə büruzə verilir:

      Əsəbilik, əzələ qıcları, sınıq dırnaqlar, ekzema ( qaşınma ), hipertoniya  (yüksək qan təzyiqi ), oynaq ağrıları, xolesterinin yüksək səviyyəsi, karies, yuxusuzluq, artrit, raxit, əl-ayaqların keyiməsi.

      Fosfor: dişlər, sümüklər, toxumaların inkişafı, ürək əzələlərinin yığılması, böyrəklərin fəaliyyəti üçün mütləqdir. Qidanın mənimsənilməsi və enerjiyə çevrilməsinə kömək edir. Orqanizimdə həmişə maqnezium, kalsium və fosforun balanslaşdırılmış tərkibi olmalıdır.

      Yod – artıq piyi əritməyə kömək edir, zehnin inkişafında əhəmiyyətli rol oynayır. Yod qalxanvari  vəzinin sağlamlığı üçün vacibdir və bazedov xəstəliyinin qarşısını alır. Yod çatışmamazlığı zehni qabiliyyəti zəiflədir və döş xərçənginə gətirib çıxara bilir.

      Dəmir – hemoqlobin istehsalı və qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşdirilməsi üçün zəruridir. Dəmir sağlam immun sistemi və enerji istehsalı üçün vacibdir. Orqanizmdə dəmir çatışmamazlığının əlamətləri bunlardır: zəif dırnaqlar, saçların tökülməsi, tez yorulmaq, solğunluq, başgicəllənməsi və anemiya (qanazlığı). S vitamininin qəbulu dəmirin mənimsənilməsini 30% artırır.

      Maqnezium – fermentlərin fəaliyyəti, kalsium və kaliumun sürətli həzmi üçün zəruridir. Maqneziumun çatışmamazlığı əsəb və əzələ impulslarının ötürülməsinə maneə yaradır ki, bu da öz növbəsində qıcıqlanma, əsəbilik vəziyyəti, depresiya, başgicəllənməsi, əzələlərin süstlüyü, qıcolmalar, ürək xəstəlikləri və yüksək təzyiqlə nəticələnir. Ona görə də bəzən maqneziumu stresə qarşı element də adlandırırlar.

      Manqan – zülalların və yağların metabalizmi, sağlam əsəb və immun sistemi, həmçinin qanda şəkərin tənzimlənməsi üçün zəruridir.

      Enerji istehsalı və sümüklərin normal inkişafı üçün istifadə edilir. Mayalanma prosesinə təsir göstərir. E və B1 vitaminlərinin mənimsənilməsi üçün zəruridir.

      Mis – sümüklərin formalaşmasına,  hemoqlobinin və kollaqenin istehsalına kömək edir. Orqanizimdə mis çatışmamazlığı osteoporoza səbəb olur.

      Selen – vacib antioksidantdar, xüsusən E vitamini birləşməsi ilə. Selen və E vitamini bir-birini tamamlayır. O, ürək və mədəaltı vəzinin normal fəaliyyəti, həmçinin dərinin elastikliyinin təmin edilməsi üçün zəruridir. Selen çatışmamazlığı bilavasitə xərçəng və ürək xəstəliyi ilə əlaqədardır.

      Xrom – xolestrin, yağlar və zülalların sintezi üçün həyati əhəmiyyət kəsb edir. İnsulinin düzgün istifadə edilməsi yolu ilə qanda şəkərin miqdarını stabilləşdirir.

      Vanadium – hüceyrələrin metabalizmi, həmçinin sümük və dişlərin formalaşması üçün zəruridir. Orqanizimdə vanadiumun çatışmamazlığı ürək – damar xəstəliyi, böyrək xəstəliyi, doğum funksiyasının zəifliyi və uşaqların ölümü ilə nəticələnir.

      Molibden – damarların sağlamlığı üçün vacibdir. Onun çatışmamazlığı da həmçinin, xərçəng xəstəliyinə gətirib çıxara bilər.

      Bütün bu əvəz olunmaz makro və mikroelementlər yosunlar və krevetlər kimi dəniz bitkilərinin tərkibində var.

      Növbəti yazılarımızda mən siz təbabət sevər oxucularımıza hansı bitkilərin, meyvələrin , tərəvəzlərin tərkibində hansı minerallar və vitaminlərin olması haqqında söhbət açacağam. Orqanizmamızı düzgün şəkildə qorumaq üçün təbii qidalardan, mütamadi olaraq gün ərzində ayrı-ayrı  meyvələrdən, tərəvəzlərdən, tanıdığımız təbii çiçəklərdən , baldan, yulaf kəpəyindən və s. istifadə etməliyik. Bu bizi ən azından çox xəstəliklərdən qorumuş olar.

Namiq Tahirov - formasept

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.