Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, noyabrın 21-i, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər
 
 » Din » Əhkam » Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər

     
 
Din » Əhkam: Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər
 
 
Müəllif: Kerbalayi_Rovshan | 25 Noyabr 2015 | 11997 dəfə oxunub
http://zeka.az/2703-mjscid-vj-onun-jmlakd-ilj-badld-icrasd-vacib-olan-hgkmljr.html

         Məscid və onun əmlakı ilə bağlı icrası vacib olan hökmlər

         Məsələ 1066.Məscidin döşəməsini, tavanını, damını, divarının daxili tərəfini, qapı və pəncərələr kimi məscid binasının bir hissəsi sayılan yerləri nəcasətləmək haramdır və kim sadalananların nəcasətləndiyini başa düşərsə, dərhal həmin yeri paklamalı və nəcasəti aradan qaldırmalıdır. Müstəhəb ehtiyata əsasən, məscid divarının çöl tərəfini də nəcasətləmək olmaz. Bununla belə, əgər nəcasətlənərsə, nəcasətin aradan qaldırılması vacib deyil. Lakin əgər divarın çöl tərəfinin nəcasətlənməsi məscidə qarşı hörmətsizliyə səbəb olarsa, haramdır və nəcasətin hörmətsizliyi aradan qaldıracaq qədər təmizlənməsi vacibdir.

         Məsələ 1067.Məscidin əmlakı hesab edilən və hal-hazırda məsciddə istifadə edilən əşyaları, məsələn, məscidin döşəməsinə sərilən xalçaları, kovrolitləri, yaxud həsirləri və ya asılmış pərdələri nəcasətləmək haram, nəcasətləndiyi təqdirdə isə onları paklamaq vacibdir. Lakin məscidin əmlakı hesab edilən, ancaq hal-hazırda məsciddə istifadə edilməyən, məsələn, anbarda saxlanılan bir əşyanınəcasətləmək haram olsa da, nəcasətli qalması məscidə qarşı hörmətsizlik hesab edilən, yaxud ona maddi zərər dəyməsi və qiymətinin ucuzlaşması ilə nəticələnən hallar istisna olmaqla, paklanması vacib deyil.

         Məsələ 1068. Əgər insan məscidi paklaya bilmirsə, məscidin paklanması onun üçün vacib sayılmır. Lakin əgər nəcasəti saxlamaq hörmətsizliyə səbəb olarsa, başqa bir şəxsə məlumat verdiyi təqdirdə bu işin görüləcəyini (məscidin paklanacağını) bildiyi, yaxud vacib ehtiyata əsasən, hətta ehtimal etdiyi halda mütləq ona məlumat verməlidir.

         Məsələ 1069.Əgər məscidin qazılmadan, yaxud uçurulmadan paklanması mümkün olmayan bir hissəsi nəcasətlənərsə, cüzi qazıntı və söküntü tələb olunan halda, yaxud hörmətsizliyin aradan qaldırılması üçün geniş miqyasda qazıntı və söküntü işlərinin aparılmasından başqa çıxış yolu olmadığı halda həmin yeri qazmaq, yaxud uçurmaq lazımdır, digər hallarda isə uçurulması (sökülməsi) ehtiyata əsasən, yolverilməzdir. Həmçinin əgər məscidin paklanması üçün onu tamamilə uçurmaqdan başqa bir çıxış yolu olmazsa, məsələn, məscid nəcasətli su, palçıq və tikinti materialları ilə inşa edilmiş olarsa, hərçənd bir qisim insanlar bərpası üçün lazım olan vəsaiti ödəməyə hazır olsa belə, onu uçurmağın caizliyi şübhə doğurur (ehtiyata əsasən, yolverilməzdir). Lakin məscidinzahirinin (nəcasətli materiallarla inşa edilən divar, tavan və döşəmənin məscidin daxili tərəfindən səthinin) yuyulması və paklanması vacibdir.

         Məsələ 1070.Məscidin bir hissəsinin paklamaq məqsədilə sökülməsi caiz olan hallarda qazılmış yerin doldurulması və uçurulmuş yerin bərpası vacib deyil. Lakin əgər məscidin kərpici kimi bir şey nəcasətlənərsə, mümkün olduğu təqdirdə yuyulduqdan sonra əvvəlki yerinə qoyulmalıdır.

         Məsələ 1071.Əgər məscidin həsiri, yaxud kovroliti nəcasətlənərsə, onu yumaq lazımdır və əgər nəcasətlənmiş yeri kəsib götürmək daha məqsədəuyğun olarsa, həmin hissəni kəsib götürmək lazımdır. Lakin onların önəmli bir hissəsinin kəsilib götürülməsi, yaxud həcminin kiçilməsinə və ya keyfiyyətinə xələl gəlməsinə səbəb olacaq şəkildə yuyulması ehtiyata əsasən, yolverilməzdir. Lakin istisna olaraq, bu tədbirlərin görülməməsi məscidə qarşı hörmətsizliyə səbəb olacağı təqdirdə hörmətsizliyi aradan qaldırmaq üçün bunlardan daha az zərərlə nəticələnəcək tədbiri seçmək lazımdır.

         Məsələ 1072.Özlüyündə nəcis olan bir şeyi və nəcasətlənmiş bir əşyanı məscidə aparmaq məscidə qarşı hörmətsizlik olarsa, haramdır. Hətta müstəhəb ehtiyata əsasən, hörmətsizlik olmasa belə, özlüyündə nəcis olan bir şeyi məscidə aparmaq olmaz. Yalnız məscidə daxil olan insanın üzərində olan, bədənindəki, yaxud geyimindəki yara qanı kimi nəcasətlər istisnadır.

         Məsələ 1073. Məsumların (ə) hərəmini nəcasətləmək haramdır və əgər onardan biri nəcasətlənərsə, nəcasətli qalması hörmətsizlik olduğu təqdirdə paklanması vacibdir. Hətta müstəhəb ehtiyata əsasən, hörmətsizlik olmadığı təqdirdə belə paklanmalıdır. Bu məsələdə hərəm deyərkən rövzeyi-münəvvərə, yəni müqəddəs zərih və qəbrin yerləşdiyi hissə nəzərdə tutulur. Digər tağlar və salonlar isə əgər məscid deyilsə, yalnız hörmətsizlik olduğu təqdirdə onları nəcasətləmək haram, paklamaq isə vacibdir.

         Məsələ 1074.Vacib ehtiyata əsasən, məscid qızılla və müstəhəb ehtiyata əsasən, insan və heyvan kimi ruhu kimi olan varlıqların təsviri ilə də bəzədilməməlidir.

         Məsələ 1075.Əgər bir məscid qəsb edilərsə və yerində ev və ya bu qəbildən olan bir bina tikilərsə, yaxud artıq məscid adlandırılmayacaq şəkildə sökülərsə, nəcasətlənməsi haram deyil və paklanması da vacib deyil.

         Məsələ 1076. Məscid uçsa belə, onun ərazisini satmaq, yaxud hər hansı mülkiyyətin,  küçə və prospektlərin ərazisinə daxil etmək olmaz.

         Məsələ 1077. İcarəyə götürülmüş torpaq sahələrində inşa edilən məscidlər, yaxud vəqf torpaqlarında (məsələn, Həzrət Rizaya (ə) vəqf olunmuş torpaqlarda) şəriətə əsasən səlahiyyətli şəxsin icazəsi ilə inşa edilən məscidlərə məscid hökmü şamil olunmur və onlar namazxana hesab edilir.

         Məsələ 1078. Məscidin qapı, pəncərə və digər əşylarını satmaq haramdır və əgər məscid uçarsa (yaxud sökülərsə), sözügedən əşyalar həmin məscidin təmirində istifadə edilməli, həmin məscid üçün istifadəyə yararlı olmadığı təqdirdə isə digər məscidlər üçün istifadə edilməlidir. Lakin əgər digər məscidlər üçün də istifadəyə yararlı olmazsa, onları satmaq və pulunu mümkün olduğu təqdirdə həmin məscidin, əks təqdirdə isə digər bir məscidin təmirinə sərf etmək olar.

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 2
İstifadəçi: 1
İstifadəçilər: Milanilonna
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.