Azan və iqamənin müstəhəbləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 23-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Azan və iqamənin müstəhəbləri
 
 » Din » Əhkam » Azan və iqamənin müstəhəbləri

     
 
Din » Əhkam: Azan və iqamənin müstəhəbləri
 
 
Müəllif: Kerbalayi_Rovshan | 31 Dekabr 2015 | 12136 dəfə oxunub
http://zeka.az/2708-azan-vj-iqamjnin-mgstjhjbljri.html

Azan və iqamənin müstəhəbləri

         Böyük fəqihlər (Allah onlardan razı olsun!) azan və iqamə üçün bir sıra müstəhəblər açıqlamışdır. Onlardan bəziləri qarşıdakı məsələlərdə qeyd ediləcəkdir.

         Məsələ 1116.Bildiriş azanını oxumaq üçün seçilən şəxsin adil, namaz vaxtlarını düzgün bilən bir insan olması, səsinin gur olması və azanı hündür bir yerdə oxuması müstəhəbdir.

         Məsələ 1117.Başqasının bildiriş, yaxud camaat namazı üçün oxuduğu azanı eşidən şəxsin eşitdiyi hər hissəni asta səslə təkrarlaması müstəhəbdir və buna “azanın hekayət edilməsi” deyilir. Həmçinin, camaat namazı üçün iqamə oxuyan şəxsin iqaməsini hekayət etmək müstəhəbdir. Lakin daha yaxşı olar ki, iqamə oxuyan şəxs “Qəd qamətis-səlat” dedikdə eşidən: “Allahummə əqimha və ədimha vəcəlni min xeyri salihi əhliha” – desin. Təkbaşına namaz qılan şəxsin oxuduğu azan, yaxud iqaməni hekayət etməyin müstəhəbliyi şübhə doğurur, lakin onu rəcaən hekayət etmək olar.

         Məsələ 1118. İnsanın azan oxuyarkən üzü qibləyə dayanması, dəstəmazlı, yaxud qüsllü olması, iki barmağını iki qulağına qoyması, səsini ucaltması vəuzatması, azanın cümlələri arasında fasilə verməsi və onların arasında danışmaması müstəhəbdir.

         Məsələ 1119. İnsanın bədəninin iqamə oxuyarkən hərəkətsiz olması, onu azandan asta səslə oxuması, cümlələrini bir-birinə birləşdirməməsi, lakin onların arasında azanın cümlələri arasında olduğu qədər fasilə verməməsi müstəhəbdir.

         Məsələ 1120.Azan ilə iqamə arasında bir addım ataraq hərəkət etməklə, bir qədər oturmaqla, səcdə etməklə, zikr etməklə, məsələn, “Sübhanəllah” deməklə, dua oxumaqla, bir qədər sükut etməklə, bir kəlmə söz danışmaqla, yaxud iki rəkət namaz qılmaqla fasilə vermək müstəhəbdir. Lakin sübh namazının azan və iqaməsi arasında danışmaqla fasilə vermək müstəhəb deyil.

         Məsələ 1121. Azan və iqamə oxumağın qadınlar üçün ayrıca bir müstəhəb iş olması bəid deyil. Beləliklə, qadınların azan və iqaməni oxumaması onların namazının ali kamal dərəcəsini itirməsinə səbəb olmur. Həmçinin, qadınlar azandan yalnız təkbir və şəhadəteynlə, hətta təkcə şəhadəteynlə də kifayətlənə bilərlər. Habelə, iqamədə “Allahu əkbər, Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən əbduhu və rəsuluh” deməklə də kifayətlənə bilərlər. Hərçənd, daha yaxşı olar ki, azan və iqaməni bütövlüklə desinlər.

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 7
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.