İmam Zaman (ə) movludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2017-ci il, sentyabrın 20-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Zaman (ə) movludu
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Zaman (ə) movludu

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Zaman (ə) movludu
 
 
Müəllif: Kerbalayi_Rovshan | 21 May 2016 | 461 dəfə oxunub
http://zeka.az/2732-dmam-zaman-j-movludu.html

Şə'ban ayının 15-ci gecəsi haqqında:

 

Nimeyi-Şəban (“şəbanın ortası”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həzrət Rəsuləllah (s) buyurub ki, bu gecə (gələn il üçün) ruzi payı və ömür müddəti təyin edilər, qismətlərə Həcc yazılar. Həmin gecənin bəzi əməlləri barədə Sizə məlumat vermək istərdik:

 

1. Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

 

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

 

3. İmam Hüseyn (ə)-ın ziyarəti. Üstü açıq dama çıxııb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır:

 

السلام عليك يا اباعبدالله السلام عليك و رحمة الله و بركاته

 

[Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh]

 

“Salam olsun sənə ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə”

 

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.

 

4. Kumeyl duasını oxumaq.

 

5. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:

 

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

 

6. Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.

 

7. Cəfər Təyyarın namazını qılmaq.

 

Bu namaz 4 rükətdir (2 dəfə 2 rəkət). Birinci iki rükətlik namazın 1-ci rükətində “Həmd”dən sonra “Zəlzələ” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “Adiyat” surəsi oxunur. İkinci iki rükətlik namazıən 1-ci rükətində “Həmd”dən sonra “Nəsr” surəsi, 2-ci rükətində isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur.

 

Hər rükətdə qiraətdən sonra (yəni Həmd-surəni dedikdən sonra və rükuya getməmişdən öncə) 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər rükətdə hər iki səcdədə 10 dəfə, hər rükətdə hər iki səcdədən sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir:

 

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

 

[Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər]

 

“Allah bütün nöqsanlardan pakdır və həmd olsun Allaha və Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”  

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.