Dünyanın ən kiçik canlısına dair araşdırma » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dünyanın ən kiçik canlısına dair araşdırma
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Dünyanın ən kiçik canlısına dair araşdırma

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Dünyanın ən kiçik canlısına dair araşdırma
 
 
Müəllif: Zaur | 19 Yanvar 2010 | 13395 dəfə oxunub
http://zeka.az/274-dgnyandn-jn-kigik-canldsdna-dair-araeddrma.html

Dünyanın ən kiçik canlısına dair araşdırma

    Süleymanın qoşununda cinlər, insanlar və quşlar toplaşdılar və sıra ilə gedirdilər. (Gedib) qarışqalar çölünə çatdılar. Bir qarışqa dedi: “Ay qarışqalar, Süleyman və qoşunu bilmədən, sizi (ayaqları altında) əzməmək üçün yuvalarınıza gedin”! Süleyman onun sözündən gülümsəyib dedi: “Mənim Tanrım, elə et ki, mənə və valideynimə bağışladığın nemətə görə (lazım olan) şükürü yerinə yetirə bilim, Sənin razılığına səbəb olan işləri görə bilim və məni öz mərhəmətinlə saleh bəndələrindən say”.  (Nəml surəsi 17-19)

     Fransa zooloqları qarışqalar üzərində maraqlı təcrübələr aparmışlar. Onlar meşədə qarışqa yuvasına yanan şam atmışlar. Bu zaman bütün qarışqalar oda tərəf atılıb onun üstünə tüpürmüşlər. Bir neçə qarışqa odda yansa da, digərləri onu əvəz etmişdir. “Döyüş” təxminən bir dəqiqə çəkmişdir. Bir neçə həftədən sonra təcrübə yenidən təkrar edildikdə mütəxəssislər maraqlı hadisənin şahidi olmuşlar. Bu dəfə qarışqalar daha ehtiyatlı və mütəşəkkil olmuş, alovu 45 saniyə ərzində söndürmüşlər. İkinci təcrübə zamanı bir qarışqa belə məhv olmamışdır, belə hesab edilir ki, heyvanlar əvvəlki təcrübədən “nəticə çıxarmışlar”.

    Qarışqaların instinktiv və mürəkkəb həyat tərzi çox heyranedicidir. Onlarda möhkəm iş bölgüsü vardır, bəzi qarışqa növləri yırtıcıdır və bir-birinin köməkliyi ilə öz koloniyalarını möhkəm qoruyur və əməkdaşlıq edirlər. Onlar “dil funksiyalarını yerinə yetirərkən” ferromon adlanan kimyəvi maddə ifraz edir və onun köməyi ilə özlərinin olduğu yeri, təhlükəni, ərazini nişanlamaq, süfrələrə qayğı göstərmək və s. zərurətini bir-birinə xəbər verirlər. Biri təhlükədə olduqda 5-10 saniyə içində işçi qarışqalar onun köməyinə gəlirlər. Bu qarışqa növünün 50-si iri bir xərçəngi ağacın gövdəsiylə yuxarıya sürükləyə bilir.

    Bəzi qarışqa növləri (bal yığan qarışqalar) qida əldə etmək üçün hiyləgərlik işlədirlər, bəziləri hücuma keçirlər. Məsələn bir qarışqa koloniyası rəqiblərinin üstünə “ordu” göndərir, bu müddətdə onların bir hissəsi yem daşıyırlar. Bəzi koloniyalar başqa koloniyalara hücum edir, onların yuvasını dağıdır. Lakin qarışqa törəmələrini öz yuvalarına daşıyırlar. Sonralar bundan çıxan qarışqalar “qula” çevrilir, onların əməyindən istifadə edirlər.   

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 8)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.